"Kovidi ağır keçirənlərdə simtpomlar 2 ay qalır"
Yusif Nəzərli
06:35 19.11.2021
Sağlamlıq
779
Musa Qəniyev: "İybilmə və dadbilmə hissinin bərpası 2 həftədən 18 aya qədər çəkə bilər"
"Covid 19"-dan sağalmış insanların post-pandemiya adlandırılan dövrdə daha çox nevroloji pozğunluqlardan, xüsusən inteqrativ, koqnitiv və operativ yaddaş pozğunluğundan əziyyət çəkdiyi bildirilir. Vurğulanır ki, bu pozğunluqlar çox uzun müddət davam edir, çətinliklə bərpa olunur, bəzən isə hətta tam bərpa olunacağı belə sual altında olur”.
Bunu “Şərq”ə açıqlamasında tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Professorun sözlərinə görə, "Covid 19"-dan sağalmış insanlarda, baş beyinin infeksiyalaşmasını sübut edən, patoloji dəyişikliklər müşahidə olunmur:
“Eləcə də istər xəstəliyin kəskin dövrü, istərsə də postkovid dövründə, onurğa beyin mayesinin tərkibində də heç bir dəyişiklik baş vermir. Bu iki halın özü də bir tərəfdən, "Covid 19"-un baş beyinə birbaşa təsir göstərməməsini sübut edir, digər tərəfdən, S (spike) zülalın baş beyinin sinir elementlərində geridönməz pozğunluqlar törədə bilmək gücündə olmadığını təsdiq edir. Odur ki, "Covid 19"-un kəskin dövrü, eləcə də postkovid mərhələsində müşahidə olunan bütün nevroloji pozğunluqların əsasında, yalnız immun hiperaktivlik, yəni “sitokin fırtınası” durur. İmmun hiperaktivlik halı müalicə fonunda aradan qalxdıqdan sonra, bütün nevroloji pozğunluqlar qeyri-şərtsiz olaraq, zaman-zaman bərpa olunmalıdır”.
M.Qəniyev qeyd edib ki, pozulmuş funksiyaların bərpa olunması ilk növbədə orqanizmin fərdi xüsusiyyətləri və xəstəliyin klinik gedişindən asılıdır:
“İnfeksiyanı yüngül formada pnevmoniya ilə birgə keçirmiş şəxslərdə, təqribən 1 ay sonra bütün fizioloji funksiyalar, o cümlədən operativ yaddaş pozğunluğu, psixi, mnestik və koqnitiv funksiyada törənən dəyişikliklər tam bərpa olunur. İnfeksiyanı ağır keçirənlərdə isə xüsusən qalıq respirator simptomlar (tənəffüsün çətinləşməsi, tam nəfəs ala bilməmək hissi və s.) təqribən 2 ay çəkir və bir qayda olaraq öz-özünə bərpa olunur. İnsanları daha çox narahat edən iybilmə və dadbilmə hissinin itməsi və ya bu hisslərin deformasiya olunmasıdır.
Bildirmək istəyirəm ki, iybilmə və dadbilmə hissinin bərpası 2 həftədən 18 aya qədər çəkə bilər. Lakin bu hisslər tamamilə bərpa olunur. Odur ki, buna görə qorxmaq, həyəcanlanmaq və stresə düşmək lazım deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya