
Niyə əllərdə quruma və çatlama yaranır? - Səbəblər və çıxış yolları...
Yusif Nəzərli
15:49 30.11.2021
Sağlamlıq
7337
Havaların soyuması ilə dəri quruluğundan şikayət edənlərin sayı da artıb. Bu quruluq daha çox əllərimizdə özünü büruzə verir. Bəs buna başlıca səbəblər nələrdir?Soyuq havalarda əllərə qulluq zamanı hansı məqamlara diqqət yetirməliyik? Mövzunu dermatoloq Fərhad Qarayev “Sherg.az”dəyərləndirib.
O,qış mövsümü ilə əlaqədar bu hala əksər insanda rast gəlindiyini söyləyib:

“Dərimiz lif təbəqə ilə örtülüb. Bəzi nahiyələrimizdə daha çox, məsəl üçün, üz ,sinə, kürəkdə piy ifraz edən vəzilər var. Digər nahiyələrdə də qoruyucu, gözəgörünməz nazik təbəqə mövcudur. Sadə dildə desək, bu yağ təbəqəsidir. Həmin təbəqə həm dərini xarici zərərli faktorlardan qoruyur, həm də dərinin nəmliyini təmin edən suyun buxarlanmasının qarşısını alır. Qışda sərt hava şəraiti , yayda ultrabənövşəyi şüalar, bu və ya rutubətsiz iqlimi olan coğrafiya dəriyə mənfi təsir göstərən amillərdir”.
Dermatoloq dəri qatına mənfi təsir edən amillər arasında belə təbii proseslərdən əlavə insanların özünün də süni şəkildə yaratdığı amillərin olduğunu vurğulayıb:
“Buna misal olaraq həddən artıq kimyəvi maddələrdən istifadəni göstərə bilərik. Sual verilə bilər quruma, çatlama kimi belə hallar nəyə görə daha çox əllərdə müşahidə olunur? Məlumdur ki, gündəlik həyatda əllərimizi tez-tez yuyuruq . Bu zaman lif təbəqəni də yuyub aparırıq . Dəri isə onu bərpa etməyi çatdırmır, zədələnir. Quruluq nəticəsində əl üstündə qabığlanma baş verir. Dəri kifayət qədər su itirdikdən sonra da elastikliyini itirir”.
F.Qarayev əllərə qulluq zamanı diqqət yetirməli olduğumuz bir sıra vacib məqamları sadalayıb:
“Dəri lif təbəqəni sintez etməyi çatdırmırsa, biz özümüz onu əvəz etməliyik. Bu məqamda nəmləndirici kremlərdən istifadə zəruridir. Nəmləndirici seçərkən yağ əsaslı olmasına diqqət etməliyik. Su əsaslı olanlardan uzaq durmalıyıq.Yağ əsaslılar həm dərini yaxşı nəmləndirir, həm də onda davamlı qoruyucu təbəqə yaradır. Əllər yuyularkən də bəzi qaydalara əməl olunmalıdır. Əl yuduğumuz sabunlar nəmləndirici əsaslı olmalıdır”.
Dermatoloq soyuq hava şəraiti ilə əlaqədar olaraq bir çox insanların əllərini qaynar su ilə yuduğunu, bununsa dəriyə ciddi zərər vurduğunu diqqətə çatdırıb:
“Əlləri mümkün qədər ilıq su ilə yumaq və hər dəfə yuduqdan sonra nəmləndirmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi