
Pediatr: Düzgün başlanmayan əlavə qida təhlükəlidir
Yusif Nəzərli
07:43 03.09.2025
Sağlamlıq
441
Aytən İsmayılzadə: “6 aydan sonra uşağa hər şey verilə bilməz”
“Uşağın bağırsaq sağlamlığı üçün qidanın düzgün başlanması önəmlidir”
Bir çox valideyni narahat edən məsələlərdən biri də körpənin əlavə qidaya keçdiyi zamandır.
Pediatr Günay Rəsulova bununla bağlı valideynlərə xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, uşaqların əlavə qidaya meyvə suyu ilə başlaması yanlışdır: "1 yaşa qədər uşaqlara meyvə suyu yox, meyvənin özünü vermək lazımdır. Meyvə suyu verdikdə daha sonra tərəvəzlər istəməyəcək, dad seçəcək. Həmdəki 1 yaşa qədər duz şəkər uşaqların damar endoperinə ziyandır”.
Pediatr Aytən İsmayılzadə də Sherg.az-a açıqlamasında əlavə qidaya keçid məsələsinin kifayət qədər vacib və çox əhəmiyyətli proses olduğunu deyib.
Həkimin sözlərinə görə, insan orqanizmi üçün mədə- bağırsaq sistemi özü vacib sistemdir:

“Xəstəliklərin səbəbində əsas iki faktor durur: biri qida, digəri isə stresdir. Stress bilməyən uşaq artıq qida ilə tanış olur və biz əgər bu qida məsələsinə necə gəldi yanaşsaq, artıq bağırsaq selikli qişasını zədələmiş oluruq və irəlidəki illərdə üzərinə stress də gəlincə, xəstəliklərə qapı açılır.
Ona görə də 6 aydan sonra "olar" deyib hər şey vermək olmaz. Dəfələrlə rastlaşdığımız hallar olub ki, düzgün başlanmayan əlavə qida keçidindən sonra uşaqlarda davamlı qəbizlik, ya ishal, allergik hallar görülüb. Əlavə qidaya keçid təkcə uşağın yeni dad ilə tanışlığı deyil, həm də immunitetin yeni qida peptidləri - zülalları ilə tanış olması deməkdir. Əsas məsələ də budur. Əgər biz uşağın dad tanışlığında ilk sırada şirin meyvə olmasın deyiriksə, immunitetin tanışlığında da inək südü zülalı, yumurta zülalı, buğda zülalı və s. kimi maddələrin ilk olmaması tövsiyə edilir. Və bütün bu tanışlıqlar nə qədər gec olarsa, öz vaxtında olarsa, daha yaxşı olar. Üzərində 4 aydan yazılan sıyıqlar (kaşalar) niyə satışda var bəs?" deyə soruşa bilərsiniz. Onlar öz qazancını düşünür və təklif etdikləri adətən südsüz və qlütensiz olur deyə çox narahat olmurlar. Yəni qaydanı çox pozmuruq deyirlər. Bizə görə isə qaydalar 4 aydan verilən əlavə qida nə olsa belə, o zaman pozulur.
Uşağa əlavə qida verilərkən tələsmək olmaz. Şirin meyvələrlə başlamaq, ev yeməklərini dadızdırmaq və meyvə şirələri vermək məsləhət deyil. Qidanın növlərini və miqdarını birdən-birə çoxaltmaq, qısa zamanda əlavə qidanı artırıb əsas qidanı azaltmaq düzgün deyil. Əgər hansısa qida uşağın yanağında səpki yaradırsa, bu, həmin qidanın bağırsaqlara da mənfi təsir etdiyini göstərə bilər. Belə davam edildikdə gələcəkdə daha ciddi problemlər yarana bilər.
“Uşaq mütləq filan ayda filan qidanı yeməlidir” deyə bir qayda da yoxdur. Hər bir uşağın orqanizmi fərqlidir. Ət və bulyon verməyə də tələsmək lazım deyil, çünki heyvani zülalların həzmi nisbətən çətin olur və uşaqda narahatlıq yarada bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil