
Qeyri-adi maddələr yemək vərdişi - Pika sindromu necə yaranır?
11:35 19.05.2025
Sağlamlıq
364
Bakıda bir nəfər 9 ədəd qaşıq udub.
Modern.az xəbər verir ki, saat 01:00 radələrində 3 saylı şəhər klinik xəstəxanasına təcili tibbi yardım üçün müraciət olunub.
İlkin məlumata görə, xəstə bir neçə tibb müəssisəsi tərəfindən qəbul edilməyib. Nəhayət, Bakı Sağlamlıq Mərkəzinə çatdırılan pasiyentə dərhal tibbi müdaxilə olunub.
Həkimlər tərəfindən həyata keçirilən əməliyyat uğurla başa çatıb.
Hazırda pasiyentin vəziyyəti stabildir və reanimasiya şöbəsində nəzarətdə saxlanılır.
Psixoloq Sevinc Baxışova Sherg.az-a bildirib ki, pika sindromu (yad maddələr yemək vərdişi) adlanan bu pozuntu bəzən orqanizmdə vitamin çatışmazlığı, bəzən də psixoloji, ağıza uyğun olmayan maddələri atmaq və yeməyə çalışmaq davranışı kimi görürülür:

“Pika uşaqlarda valideynlərin ayrılması, uşaq istismarı, valideyn-övlad arasında ünsiyyət pozğunluğu, ailənin laqeydliyi kimi hallarda müşahidə oluna bilər. Həmçinin pika sindromu daha çox psixo-sosial inkişaf pozğunluqları və bəzi qida çatışmazlıqları səbəbindən yaranır. Ümumiyyətlə bu sindrom ən çox psixoloji ,travmatik problemlərdən qaynaqlanır. Bununla belə, nevroloji şikayətlər də pika sindromunun səbəbləri arasındadır. Beynin müəyyən hissələrindəki funksional və ya struktur fərqlər şəxsiyyət pozuntularına da səbəb ola bilər. Pika sindromu, psixoloji bir yemək pozuntusu olduğundan, müalicə prosesində psixiatrlara, psixoloqlara, dietoloqlara müraciət edilməlidir. Bəzi şəxslər, yaşadıqları bu ciddi problemin xəstəlik olduğunu qəbul etməyə bilərlər. Amma Pika sindromunda, qida dəyəri olmayan maddələrin istehlakı vərdiş halını alır və hətta ölüm hallarına gətirib çıxarır. Bir sözlə yad maddələrin bədəndə yığılması, toksik təsirlərə və həyati risklərə səbəb ola bilər. Uyğun müalicə protokolları tətbiq edildikdə pika sindromunun uğurla müalicə edilməsi mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq
İcra başçısı müavinini işdən çıxardı - FOTO
13:53 15.05.2026
Gündəm
Merz: Trampla mübahisə etmək mənasızdır
13:40 15.05.2026
Dünya
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb
13:27 15.05.2026
Cəmiyyət
Temperatur düşür: Bakıya yağış yağacaq
12:47 15.05.2026
Ekologiya