
Tez-tez yemək haqqında düşünmək beyindəki bioloji və psixoloji proseslərin nəticəsidir -EKSPERT
11:04 06.08.2025
Sağlamlıq
465
Tədqiqatçılar müəyyən ediblər ki, həddindən artıq yeməyin, eləcə də yemək barədə düşünməyin səbəbi xarakter zəifliyi deyil, beynin xarici mühitdən gələn siqnallara reaksiyasıdır.
Oxu.Az xəbər verir ki, bu barədə "BBC Science Focus"a müsahibəsində Pensilvaniya Dövlət Universitetinin elmi işçisi Daysuke Hayasi məlumat verib.
Onun sözlərinə görə, söhbət bəzi hallarda qidanın qoxusu, görünüşü və ya reklamı kimi bizə təqdim edilən yeməklərə beynimizin reaksiyasından gedir.
Tədqiqatçı əlavə edib ki, qida siqnallarına qarşı həssaslıq həyat tərzi, stres və genetikadan irəli gəlir.
Mövzu ilə bağlı fikirlərini bölüşən qida eksperti Fərid Səfərov ''Sherg.az"a söyləyib ki, müasir tədqiqatlar göstərir ki, insanların tez-tez yemək haqqında düşünməsi sadəcə "iradəsizlik" və ya "xarakter zəifliyi" deyil:

“Bu, beyində baş verən bioloji və psixoloji proseslərin nəticəsidir. Beyin yeməyi yalnız qidalanma ehtiyacı kimi qəbul etmir. O, yeməyi həm də mükafat, təhlükəsizlik, emosional rahatlıq, xatirələr və sosial əlaqə ilə əlaqələndirir. Məsələn, yemək yeməklə və ya yeməyi təsəvvür etməklə dopamin adlı "mükafat hormonu" ifraz olunur. Bu, beyində xoş hiss yaradır və insanı yenidən eyni davranışı təkrarlamağa təşviq edir. Şəkərli, yağlı və duzlu qidalar bu sistemi daha çox stimullaşdırır. Digər bir nüans isə beyin siqnalları mühitə cavab veriməsidir. Rəngarəng, iştahaaçan qida şəkilləri, reklamlar, qoxular və ya sosial şəbəkədəki yemək videoları beynin hipotalamus və amigdala bölgələrini aktivləşdirir.
Bu siqnallar bəzən insan tox olsa belə "yemək istəyi" yaradır. Digır tərəfdən Stress və emosiyaların da burada rolu böyükdür. Stress zamanı kortizol hormonu artır. Bu hormon iştahanı da artırır. İnsanlar tez-tez emosional aclıq yaşayır: kədər, darıxmaq, narahatlıq kimi hallarda beyin yeməyi sakitləşdirici vasitə kimi görür. Sonuncu olaraq vərdiş və davranış nümunələrini siyahıya əlavə edə bilərik. Uşaq yaşlarından formalaşmış vərdişlər (məsələn, mükafat olaraq şirniyyat) beyində yeməyin emosional dəyərini artırır. Yeməyi "boş vaxtın fəaliyyəti" kimi qəbul edənlər də daha çox yemək haqqında düşünür”.
Qida eksperti insanların niyə tez-tez yemək haqqında düşündüklərinin səbəbini açıqlayıb:
"Səbəblər sırasına aclıqdan (real enerji ehtiyacı),Emosional səbəblər (stress, darıxmaq, depressiya), ətraf mühitin təsiri ilə (vizual qıcıqlandırıcılar, qoxular, sosial media), bioloji vərdişlər (məsələn, hər gün eyni saatda yemək), mükafat axtarışı (xoşbəxtlik hormonlarının artması) və.s daxildir. Ümumiyyətlə yemək haqqında tez-tez düşünmək normal bioloji və psixoloji bir reaksiyadır. Bunun qarşısını almaq üçün iradədən daha çox mühitə nəzarət, düşüncə dəyişimi, stressin idarəsi və sağlam vərdişlər yaratmaq vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət