
Tibb işçilərinə əl qaldıran cəzalanacaq?
Yusif Nəzərli
08:50 10.08.2025
Sağlamlıq
500
Adil Qeybulla: “Cəzaları sərtləşdirməklə yox, Qərb modelinə keçidlə problemi həll etməliyik”
Tibb işçilərinə qarşı zorakılıq halları ilə bağlı Cinayət Məcəlləsinə yeni dəyişikliklərin ediləcəyi açıqlanıb. Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova dəyişikliklərə əsasən, tibb işçilərinin hüquqlarının qorunması məqsədilə cəzalar tətbiq olunacağını bildirib. Əgər tibb işçisinə qarşı zorakılıq hədəsi səsləndirilibsə və bu fakt sənədləşdirilibsə, həmin şəxsə iki ilə qədər azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunacaq.
Əgər tibb işçisinə fiziki zorakılıq tətbiq olunarsa, hücum edən şəxs iki ildən yeddi ilə qədər azadlıqdan məhrum ediləcək. Zorakılıq fövqəladə vəziyyət şəraitində baş verərsə, cəza müddəti on ilə qədər artırılacaq. Əgər təhdid bir neçə tibb işçisinə qarşı yönəlibsə, bu zaman hücum edən şəxsə on beş ilə qədər həbs cəzası veriləcək: “Bu, tibb işçilərimizin təhlükəsizliyini təmin etmək üçün kifayət qədər adekvat tədbirlərdir. Sentyabr ayında müvafiq düzəlişlər parlamentə təqdim ediləcək” deyə nazir vurğulayıb.
Qeyd edək ki, ölkəmizdə də son illərdə pasiyentlərlə tibb işçiləri, xüsusilə də həkimlər arasında gərginlik və xoşagəlməz insidentlər bir neçə dəfə qeydə alınıb. Bəzi hallarda bu mübahisələr sözlü təhdid və təhqir səviyyəsində qalsa da, bəzən fiziki zorakılıqla nəticələnib. Bu kimi hadisələr həm tibbi xidmətin keyfiyyətinə, həm də həkim-pasiyent etimad münasibətlərinə ciddi zərər vurur.
"Azərbaycanda da tibb işçilərinə qarşı zorakılığa görə cəzaları sərtləşdirən oxşar qanun dəyişikliyinə ehtiyac varmı" sualı ilə bağlı “Şərq”ə danışan professor Adil Qeybulla Azərbaycanda belə bir qanunun qəbuluna ehtiyac olmadığını düşünür.

Onun fikrincə, əsas problem cəzaların sərtləşdirilməsində deyil, tibbi fəaliyyətin dəqiq qaydalarla tənzimlənməsindədir: “Dünya praktikasında qəbul olunmuş “Həkim etikası kodeksi” var və həm həkimlərin, həm də pasiyentlərin hüquqları orada əksini tapır. Əsas odur ki, tibbi prosedurlar, əməliyyatlar, müalicələr dəqiq protokollaşdırılsın. Narazılıqlar bu rəsmi sənədlər əsasında tibbi komissiya tərəfindən araşdırılmalıdır. Əgər protokol yoxdursa, kiminsə günahını sübut etmək çətin, bəzən isə mümkünsüz olur.
"Həkim etikası kodeksi" qəbul olunarsa, yetərlidir. Hüquq sistemi mükəmməl olduqda pasiyentin də hüquqları ədalətlə müdafiə olunur, həkimin də. Biz də tibdə, nəhayət ki, Qərb modelinə keçid etməliyik. Həkim yanlış müalicə üsulu seçibsə, yanlış əməliyyat həyata keçirilibsə, pasiyentə təzminat ödənməli, həkim isə cəzalanmalıdır. Məsələnin kökü tibbi protokolların düzgün tərtibatındadır. Əgər protokol düzgün tərtib edilmirsə, yanlışın kimə məxsus olduğunu müəyyənləşdirmək də mümkün olmur. Həkim pasiyenti, pasiyent həkimi günahlandırır. Zərər çəkənsə ümumilikdə səhiyyə olur. Hesab edirəm ki, biz həkimlərin ixtisaslaşmasına, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, pasiyentlərin icbari tibbi sığortadan maksimum istifadəsi üçün şəraitin getdikcə genişlənməsinə diqqət ayırmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət