Xəstəxanalarda vahid qiymətlər müəyyənləşəcək
Yusif Nəzərli
09:50 30.10.2021
Sağlamlıq
620
Vətəndaşları qiymət siyasətinin tətbiq edilməsindən çox tibbi xidmətin səviyyəsinin aşağı olmağı narahat edir
"Əgər xəstəxanada xəstənin qarnının ağrısını kəsə bilmirlərsə, qiymətin ucuz və ya baha olmasının heç bir əhəmiyyəti yoxdur"
Milli Məclisin dünən keçirilən plenar iclasında "Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. O deyib ki, dəyişikliklər qüvvəyə minəndən sonra tibb müəssisələrində fərqli qiymətlərin olması problemi aradan qaldırılacaq.
Mövzu ilə bağlı Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri, “yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə "Şərq"ə açıqlamasında onu vahid qiymət siyasətinin tətbiq edilməsindən çox tibbi xidmətin səviyyəsinin aşağı olmağı narahat etdiyini vurğulayıb:
"Bu mövzuda xeyli suallarım var. Xəstəxana var ki, əməliyyatın qiyməti 3 min manatdır. Başqa xəstəxanada isə bu rəqəm min manat təşkil edir. İndi hansı rəqəm əsas götürüləcək? Eyni əməliyyat 3 min manat olacaq, yoxsa min manat? Qiymət tənzimlənməsi özəl xəstəxanalara da aiddirmi? Bu sualların cavabı açıq qaldığı üçün fikir bildirməyə çətinlik çəkirəm. Məni vahid qiymət siyasətinin tətbiq edilməsindən çox tibbi xidmətin səviyyəsinin aşağı olmağı narahat edir. Az-çox imkanı olan adamlar hətta adi katarakta əməliyyatı üçün xaricə üz tuturlar. Pandemiya başlayana kimi Azərbaycan əhalisinin yarısı Təbrizin, Tehranın xəstəxanalarının qabağında idi. Yolpulu, biletpulu tapanlar isə Türkiyənin tibb müəssisələrinə üz tuturdular. Çünki öz ölkəmizdə ayağı ilə xəstəxanaya gedən adamların tabutda çıxdığının çox şahidi olmuşuq. Biz öncə keyfiyyətli tibbi xidmət göstərməyi öyrənməliyik".
S.Verdizadə qeyd edib ki, Azərbaycan həkimlərinə olan inamı geri qaytarmaq lazımdır:
"Həkimlərə çox az məvacib verilir. Hətta deyərdim ki, qəpik-quruş verilir. Dövlət xəstəxanalarının çoxunda adi bint, yod tapılmır. Rayonlara gedəndə yeni tikilmiş xəstəxanaların parıltısı adamın gözünü qamaşdırır. Amma rayonlarda yaşayan əhali tibbi yardım almaq üçün Bakıya üz tutur. Əgər xəstəxanada xəstənin qarnının ağrısını kəsə bilmirlərsə, qiymətin ucuz və ya baha olmasının heç bir əhəmiyyəti yoxdur. Tibb sahəsində köklü islahatlara ehtiyac var. Vahid qiymət siyasəti islahat paketində bir müddət ola bilər. Azərbaycanda keyfiyyətli tibbi yardımı təmin etmək üçün köklü islahatlar aparılmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət