ABŞ-da Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib
16:45 14.11.2021
Cəmiyyət
709
ABŞ-ın İllinoys ştatının Skokie şəhərində Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Sherg.az-a verilən məlumata görə, Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid və Mehriban Məmmədovların təşkil etdiyi görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin birinci ildönümü münasibətilə soydaşlarımızı təbrik edib, diaspor nümayəndələrini Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində bundan sonra da fəal olmağa çağırıb. Sədr müavini diaspor fəalı Türyan Məmmədova "Diaspor fəaliyyətində fərqlənməyə görə" medalını təqdim edib.
Türkiyənin Çikaqodakı baş konsulu Engin Türesin, Pakistanın Çikaqodakı baş konsulu Tariq Kərim və Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşı Ayxan Hacızadə də xalqımızı və diaspor nümayəndələrini Zəfərin birinci ildönümü münasibətilə təbrik ediblər.
Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə həsr edilmiş videoçarx, eləcə də 44 günlük müharibəni və Ermənistanın 30 illik işğal dövründə Qarabağda törətdiyi vandalizmi əks etdirən fotosərgi nümayiş olunub.
Tədbir bədii proqramla davam edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya