Tovuz atəşə tutuldu:“Hər təxribatda düşmənə dərs verməliyik”
Yusif Nəzərli
13:42 18.11.2021
Cəmiyyət
547
17 və 18 noyabr tarixlərində Tovuz istiqamətindəki mövqelərimizdə yenidən gərginlik yaşanıb. Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.
Eyni zamanada , bu gün saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Azərbaycan ordusunun şəxsi heyəti arasında itki olmayıb.
Son iki gündə Tovuzdakı mövqelərimizin Ermənistan tərəfindən intensiv atəşə tutulması bir çoxlarına ötənilki Tovuz hadisələrini xatırladır. Bu hadisələr İkinci Qarabağ savaşının başlamasında qığılcım rolunu oynamışdı. Maraqlıdır belə olduğu halda genişmiqyaslı əməliyyatlar başlana bilərmi?
Bu barədə “Sherg.az”a danışan Azərbaycan Demokratik Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu bütün bu təxribatların Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi bağlanmasının uzadılmasına və rus sülhməramlılarının ərazidə daha çox qalmasına xidmət etdiyini bildirib:
“Ermənistan rəhbərliyi sülh müqaviləsinin bağlanması ilə bağlı addımlar atmalıdır.Əks halda ermənilər özləri bu təxribatların qurbanı olacaqlar. Doğrudur biz də qurbanlar veririk, amma onlar başa düşməlidirlər ki, bütün hallarda onların qurbanları daha çox olacaq”.
Partiya sədri vurğulayıb ki, Azərbaycan bundan sonra qətiyyətli mövqe tutmalı, hər bir təxribatda düşmənə yeni bir dərs verməlidir:
“Belə olduğu təqdirdə rəsmi İrəvan nəhayət bu avanturist siyasətinə davam etməz. Bundan sonra da düşmən təxribat xarakterli addım atsa, biz təbii olaraq buna cavab verəcəyik. Xalqımız buna hazır olduğunu İkinci Qarabağ savaşında əyani şəkildə sübut etdi”.
ADP sədri hazırda heç bir müharibə təhlükəsinin olmadığını diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya