“Plastik və polietilen qablaşdırmaların istifadəsinin sağlamlıq və ekoloji fəsadları” adlı layihənin icrası...
Yusif Nəzərli
09:59 25.02.2022
Cəmiyyət
754
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə turizm zonalarında “Plastik və polietilen qablaşdırmaların istifadəsinin sağlamlıq və ekoloji fəsadları” adlı layihənin icrasına başlayır.
Uzun müddətdir alimlər plastik qab-qacaq, eləcə də polietilen torbaların insan sağlamlığına zərərləri ilə bağlı həyəcan təbili çalır. Araşdırmalar göstərir ki, hazırda hər cür plastik materiallardan qablar hazırlanır. Adətən qablar hazırlanarkən sanitar qaydalar və hazırlanma texnologiyası da ciddi şəkildə pozulur. Onların saxlanma şəraitinə və müddətinə baxılmır.. Bu da insanların sağlamlığına və ətraf mühitə ciddi fəsadlar yaradır. İstifadə qaydaları pozulmuş bu məhsulların təsiri dərhal hiss edilmir. Çünki onlar orqanizmə təsirini tədricən, yavaş-yavaş göstərir. İnsan orqanizmində bioloji mühitdə dəyişikliklər törədir, bədənin reaksiyası pozulur. Bu da insanlarda ürək-damar sistemində çatışmazlıqlar, tənəffüs sistemi, allergik və s. xəstəliklər, hətta bəzən xərçəngin yaranmasına səbəb olur. Uşaqların və qocaların orqanizmi zəif olduğundan onlara daha çox təsir edir.
Bu səbəbdən alimlər onların istifadəsini nəinki azaltmaq, tamamilə dayandırmaq lazım olduğu qənaətinə gəliblər. İnsanlar plastik qablara o qədər öyrəşib ki, çoxları onun fəsadları barədə düşünmür və ya bilmir.
Belə ki, rəsmi məlumatlara əsasən ölkəmizdə hər il 800 milyondan çox plastik qab istifadə edilir bu da 16 milyon manatlıq bir dövriyyə təşkil edir. Bu həm sağlamlıq həm ekoloji fəsdlar yaradır. Problemin qloballığını və ciddiliyini nəzərə alraq hazırda ölkəmizdə də bu problem çox aktual olaraq qalır Bu baxımdan ölkədə maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə böyük ehtiyac var.
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Plastik və polietilen qablaşdırmaların istifadəsinin sağlamlıq və ekoloji fəsadları” adlı layihənin cari ilin fevral-aprel aylarında həyata keçirilməsinə start vermişdir. Bu layihənin əsas ideyası turizm zonalarında plastik qabların və polietilen torbaların istifadəsinin insan sağlamlığına və ətraf mühitə mənfi təsirinin qarşısının alınması üçün maarifləndirici təlimlərin keçirilməsi vasitəsilə bu məhsullardan istifadənin məhdudlaşdırılmasını təşviq etməkdir.
Layihə çərçivəsində Astara, Masallı, İsmayılllı və Qəbələ rayonlarının sakinlərinə plastik və birdəfəlik qabların istifadəsinin ekoloji və sağlamlıq zərərləri haqqında məlumatların çatdırılması və maarifləndirici təlimlərin keçirilməsi nəzərdə tutulur . Təlimlər bu sahənin yüksək ixtisaslı mütəxəssisi tərəfindən keçiriləcək, iştirakçılara bukletlər paylanacaq və mövzu üzrə sosial çarx nümayiş etdiriləcək. Layihə haqqında geniş məlumatları www.isay.az saytından izləmək olar. Layihənin icrasından ümumilikdə 1000 yaxın insanın zəruri məlumatlarnan təmin olunması və faydalanması gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
16:30 18.11.2026
Dünya
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər
16:13 18.11.2026
Gündəm
Kino Agentliyi “Azərbaycanfilm” kinostudiyasına köçürüləcək
16:07 18.11.2026
Mədəniyyət
Yeni dünya düzəni qurulmur, Putinə isə imic lazımdır - ŞƏRH
16:04 18.11.2026
Gündəm
Abşeronda yük maşınlarından 10 min manatlıq oğurluq edilib
15:57 18.11.2026
Hadisə