
Rusiyaya qarşı koalisiya!- Proses gizli gedir, Ağ Ev boş durmur” – Plan pozulur?!
Yusif Nəzərli
12:11 25.02.2022
Dünya
1557
“Qərb Rusiyaya qarşı hazırkı sankisayaları davam etdirsə və Ukraynaya silah-sursatla yardım etsə, rəsmi Moskvaya qarşı koalisiya yaranacaq”
“Hesab edirəm ki, hazırda Rusiyanın Ukraynanı işğal etmək prosesi ya ləngiyəcək, ya da müəyyən mənada aradan qaldırılacaq”
Ukrayna prezidenti Volodimir Zelenski dünya liderləri ilə Rusiyanın işğalına qarşı koalisiyanın yaradılmasını müzakirə edib.Bu haqda V.Zelenski tviterdə yazıb: “Biz anti-Putin koalisiyasını qururuq. Mən Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa Prezidenti Emmanuel Makron, Avstriyanın kansleri Karl Nehammer və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla konkret sanksiyalar və ordumuza konkret yardım haqqında müzakirələr aparmışam.Biz qətiyyətli addım gözləyirik”.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Samir Hümbətov Ukrayna dövlət başçısının bu açıqlamasını “sherg.az”a şərh edib:
“Zelenski çıxışında Ukraynanın Rusiya ilə mübarizədə yalnız buraxıldığını qeyd etdi. O, 27 NATO dövlətinin rəhbərləri ilə telefon danışığı aparıb. Onların hər biri Ukraynanın yanında olduğunu desə də, hansı dəstəyi verə biləcəyini konkret açıqlamayıb. Doğrudur Rusiya ilə rəsmi Kiyevin hərbi gücünü eyniləşdirmək olmaz. Rusiya bu cəhətdən Ukraynadan öndədir. Amma bu o demək deyil ki, rəsmi Moskva istədiyi bütün addımları atıb Ukraynanı işğal edəcək”.
Ekspert diqqətə çatdırıb ki,hazırda dünya liderləri Rusiyaya qarşı koalisiyanı açıq şəkildə dəstəkləməsələr də, gizlində bu proses gedir:
“Yayılan məlumatlara görə, artıq rəsmi Moskvaya məxsus 20-dən çox hərbi təyyarə, 10-a yaxın helikopter vurulub, 50-dən çox döyüş textikası sıradan çıxarılıb,800-dən rus hərbçi öldürülüb. Bu 2014-cü illə müqayisədə indi Ukraynaya daha çox dəstək verildiyini göstərir. Amerika Rusiya ilə savaşa girməyəcəyini və Ukraynaya yardım etməyəciyini bildirsə də, o boş durmayacaq. İndi Ağ ev Ruminiyadan və Polşadan Ukraynaya silah keçirilməsini təmin edə bilər”.
S.Hümbətov anti-Putin koalisiyası məsələsində Türkiyənin mövqeyinə diqqət çəkib:
“Rəsmi Ankara açıq şəkildə Rusiyanın Donbas və Luqansk regionlarının müstəqilliyini tanımasına etirazını bildirdi. Amma bununla yanaşı rəsmi Ankara Rusiya ilə əlaqələrini də qorumağa çalışır. İndi Türkiyənin yeganə istəyi Rusiyanın bu işğalçı siyasətini dayandırmasıdır”.
S.Hümbətovun fikrincə, Qərb Rusiyaya qarşı hazırkı sankisayaları davam etdirsə və Ukraynaya silah-sursatla yardım etsə, rəsmi Moskvaya qarşı koalisiya yaranacaq:
“Hesab edirəm ki, hazırda Rusiyanın Ukraynanı işğal etmək prosesi ya ləngiyəcək, ya da müəyyən mənada aradan qaldırılacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
16:30 18.11.2026
Dünya
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər
16:13 18.11.2026
Gündəm
Kino Agentliyi “Azərbaycanfilm” kinostudiyasına köçürüləcək
16:07 18.11.2026
Mədəniyyət
Yeni dünya düzəni qurulmur, Putinə isə imic lazımdır - ŞƏRH
16:04 18.11.2026
Gündəm
Abşeronda yük maşınlarından 10 min manatlıq oğurluq edilib
15:57 18.11.2026
Hadisə
Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub
15:32 18.11.2026
Hadisə