Türk həkimdən oruc tutanlara: Şəkər, ürək və xərçəng xəstələri ehtiyatlı olmalıdır
Yusif Nəzərli
05:24 08.04.2022
Sağlamlıq
829
Ramazan ayının gəlişi ilə bir çox məsələlər yenə aktuallıq qazanır. Daha çox diqqət çəkənsə “şəkərli diabet, kardioloji, xərçəng kimi xəstəliklərdən əziyyət çəkənlər oruc tuta bilərmi?” sualıdır. Türkiyəli kardioloq, dosent doktor Süha Çetin bu suallara ətraflı cavab verib. “Şərq” Türkiyə mediasında yer alan məlumatı oxuculara təqdim edir. Kardioloq bildirir ki, səhhətində hər hansı problemləri olanlar oruc tutmaq məsələsində diqqətli olmalıdır: “Hər hansı xəstəliyin ağırlaşmasına səbəb olacaqsa və ya hamilə, körpəsini əmizdirən, həmçinin yetkinlik yaşına çatmamış uşaqların oruc tutmasını dinimiz vacib saymır. Eyni zamanda çoxyaşlı, taqətdən düşmüş, zehni və ya fiziki qüsurları olanlara, həmçinin ağır səfərə çıxanlara da oruc vacib deyil. Şəkərli diabetin “tip 2” növüdürsə, (40 yaşdan sonra insulin yetməzliyi yaşayanlar, gizli diabet xəstələri) bu insanlar Ramazan öncəsi şəkərin miqdarını yoxlamalı, mövcud durumlarından xəbərdar olmalıdırlar. Çünki belə xəstələrdə qanda şəkərin miqdarı yüksələ bilər, bu da orqanizm üçün təhlükəli vəziyyət yaradar. Oruc tutulması zamanı orqanizmin uzun müddət susuz qalması qanda şəkərin miqdarını artıra, damarlarda tromboz əmələ gətirə bilər. Əgər bu insanlar qanda şəkəri nəzarət altında saxlaya bilirlərsə, insulindən istifadə etmirlərsə, həkim şəkər dərmanlarının dozasını ramazan ayı boyunca yenidən təyin edə bilər. Bu halda onların oruc tutmasına bir əngəl qalmaz. Şəkərli diabetin “tip 1” növündə isə oruc tutmaq məsləhət görülmür.
Kardioloq ürək xəstələrinə isə oruc tutmağı ümumiyyətlə məsləhət görmür:
- Əgər bir insan ürək-damar xəstəsidirsə, əməliyyatla stend qoyulubsa, ürək əməliyyatı, yaxud infarkt keçiribsə, qan təzyiqi daimi nəzarət altında deyilsə, oruc tutmaq tibbi nöqteyi-nəzərdən məsləhət deyil. Xərçəng xəstələrinin müalicəsi adətən fiziki və zehni olaraq stresli mərhələdən keçir. Buna görə də xərçəng xəstələrinə də oruc tutmağı məsləhət görmürük.
Həkim ouc tutanlara da məsləhətlərini əsirgəməyib: - Sağlam olub, oruc tutmağa özündə güc, qüvvə hiss edənlər sahur və iftar zamanı bol miqdarda su içməlidir. Kafeinli içkilərdən, şəkərli qidalardan uzaq durmalıdırlar. Həzm edilməsi asan qidalara üstünlük verilməlidir. Donmamış yağlara – məsələn, zeytun yağına üstünlük verilməlidir. Tərkibində duz və qliserin faizi yüksək olan qidalar – düyü, makaron, ağ çörək, un məmulatları – məsləhət deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual