Qərb çox sakit və susqundur
Yusif Nəzərli
10:24 18.01.2023
Gündəm
486
Əgər AB-nin Saakaşvili üzərindən hansısa gediş planı olsaydı, Tbilisi hökumətinə sanksiya tətbiq edərdi
Ukraynanın taleyi ortadadır, Gürcüstanın Qərb strukturlarına real üzvlüyü ümumiyyətlə gündəmdə deyil
Son günlər Gürcüstanın siyasi gündəmində müzakirələrə səbəb olan bir fikir dolaşmaqdadır. İddia edilir ki, gürcü hökuməti sabiq Prezident Mixail Saakaşvilini həbsdən azad edərsə, yaxud müalicəsi üçün başqa ölkəyə getməsinə şərait yaradarsa, Gürcüstanın Avropa Birliyinə girməsinə "yaşıl işıq" yandırılacaq. Tiflis meri Kaxa Kaladze məsələyə sərt münasibət bildirib. Mer deyib ki, Gürcüstanın AB-yə üzvlüyü yolunda irəliləyişə mane olsa belə, keçmiş Prezident Mixail Saakaşviliyə güzəştlərin əleyhinədir: "Deyirlər ki, Mixail Saakaşvilini azad etməsək, Gürcüstan AB-yə namizəd statusu almayacaq.
Mən öz münasibətimi deyə bilərəm: biz qətiyyən belə bir status istəmirik, əgər məcburi şərtdirsə, saxlasınlar. Bizim konstitusiyamız var, elə qanunlar var ki, biz ilk növbədə onlara əməl etməliyik". Xatırladaq ki, bu söhbət ötən həftə Polşa Seyminin Mixail Saakaşvilinin xaricdə müalicə olunması ilə bağlı qətnamə qəbul etməsindən sonra gündəmə gəlib.
AĞ Partiyanın sədri Tural Abbaslı "Şərq"ə deyib ki, Avropa Birliyinin, yaxud NATO-nun rəsmi Tbilisi qarşısında belə bir şərt qoyması inandırıcı deyil. Partiya rəhbərinin sözlərinə görə, Qərb bəzən qeyri-rəsmi şərtlər, tələblər irəli sürür və bunun dəfələrlə şahidi olmuşuq. Amma məsələ ondadır ki, sabiq prezident Mixail Saakaşvilinin siyasi fiqur kimi çəkisi Qərb və hərbi alyansın nəzdində o qədər də böyük deyil:
"Yəni konkret bu məsələ Gürcüstan qarşısında əsas şərt kimi qoyula bilməz. Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Avropanın və NATO-nun prioritetləri dəyişib. Əvvəlki prinsiplərlə hərəkət edilmir. Nəinki Gürcüstanın, heç ərazisi işğala məruz qalmış, fəlakətə sürüklənmiş Ukraynanın belə AB-yə, NATO-ya üzvlük məsələsindən söhbət getmir. Belə məqamda Gürcüstanın Qərb strukturlarına real üzvlüyü ümumiyyətlə gündəmdə deyil. Ola bilər, müəyyən dairələr sadəcə bəhanə üçün bunu səsləndiriblər. Ancaq reallıq odur ki, ABŞ və Avropa Gürcüstana görə Rusiya ilə qarşı-qarşıya gəlmək, onsuz da kritik olan mövcud vəziyyəti daha da gərginləşdirmək istəmir".
T.Abbaslı qeyd edib ki, böyük dövlətlərin münasibəti, siyasəti hansısa bir şəxsə görə redaktə edilmir:
"Özü də həmin şəxs keçmiş, yəni hazırda heç bir vəzifə, status daşımayan siyasətçidirsə, Gürcüstanda və Ukraynada nüfuzunu itiribsə, Qərbin yanaşması ümumiyyətlə dəyişməyəcək. Əgər AB-nin Saakaşvili üzərindən hansısa gediş planı olsaydı, onu diqqətə alsaydı, xeyli vaxtdır həbsdə olan, səhhətində problemlər yaşanan Saakaşviliyə görə Tbilisi hökumətinə sanksiya tətbiq edərdi. Ancaq Qərb bu məsələyə çox sakit və susqun yanaşdı. Görünən odur ki, hazırkı geosiyasi vəziyyətdə Avropa Birliyi, yaxud NATO Gürcüstanı ümumiyyətlə qəbul etməyi düşünmür. Ən azından müvəqqəti olaraq kənarda saxlamağı məqsədəuyğun sayırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə