Ağdaşın tibb məntəqəsi: təhlükə saçır - FOTO
Yusif Nəzərli
09:06 18.01.2023
Gündəm
432
Ağdaş rayonun Qaradeyin kənd Ailə Sağlamlıq Mərkəzi bərbad vəziyyətə düşüb.
Bu barədə “Report”un Yuxarı Şirvan bürosuna yerli sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, uzun müddətdir Mərkəzin binasının dam örtüyündə qırıqlar, döşəməsində çürüklər, divarlarında isə çatlar əmələ gəlib. Eyni zamanda, binanın qapı-pəncərəsi sınıb.
Məlumata görə, tibb müəssisəsinin inzibati binası ötən əsrin 70-ci illərində tikilərək istifadəyə verilib. Mərkəz vaxtilə rayonun 4 kəndinin 10 000-ə yaxın əhalisinə keyfiyyətli tibbi xidmət göstərib. İnsanlar burada yüksək səviyyəli müayinə və müalicələr alıblar. Amma bir neçə il əvvəl mərkəzin binası istismar müddətini başa vurduğundan burada acınacaqlı vəziyyət yaranıb.
Sakinlər deyirlər ki, Mərkəzin dam örtüyündə müəyyən qırıqlar olduğundan yağış yağanda otaqlar su ilə dolur. Bununla yanaşı, kənddə mavi yanacaq olmadığından, eləcə də elektrik xətləri qəzalı olduğundan bina odun sobası ilə isidilir.
Səhiyyə müəssisəsinin mövcud vəziyyəti ilə bağlı sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, bu günə kimi heç bir təmir-bərpa işləri aparılmayıb.
Kənd camaatı bildirib ki, aidiyyəti şəxslər hər dəfə yeni inzibati binanın tikiləcəyi ilə bağlı müxtəlif vədlər veriblər. Mərkəzin tibbi personalından razılıq edən sakinlər bu binanın təmir edilməsini və ya yenidən qurulmasını, eləcə də müasir tibbi avadanlıqlarla təchiz olunmasını istəyirlər.
Ağdaş Rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, Mərkəzin mövcud durumundan xəbərdardırlar. Həmçinin qeyd edilib ki, tibb ocağının binasının yaxın müddətdə təmir olunması nəzərdə tutulur.
Vurğulanıb ki, hazırda ilkin səhiyyə xidməti strukturlarında təkmilləşdirmə işləri aparılır:
“Poliklinikalar və kənd sahə xəstəxanalarının bazasında ailə sağlamlıq mərkəzləri yaradılıb. Ailə həkimi modelinin tətbiqinə başlanılıb. Bu işlərin davamı olaraq kənd məntəqələrinə rayon mərkəzi xəstəxanalarından səyyar tibbi briqadalar cəlb edilir və tibbi müayinələr təşkil edilir. Qaradeyin kəndində də yerləşən Ailə Sağlamlıq Mərkəzi 10 min nəfərə xidmət göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə