Stokholmda daha bir güclü partlayış - FOTO
Yusif Nəzərli
09:28 18.01.2023
Gündəm
457
Stokholmun şimal-qərbindəki Kista biznes rayonunda yeni güclü partlayış baş verib.
Partlayıcı qurğu yerli vaxtla saat 4:27-də (Bakı vaxtı ilə 7:27) inzibati binalardan birinin yaxınlığında işə düşüb. Bir neçə şirkətin ofisinin yerləşdiyi binaya ciddi ziyan dəyib. Binanın girişi dağılıb, birinci və ikinci mərtəbələrə xeyli ziyan dəyib.
Partlayış sübh vaxtı baş verdiyi üçün xəsarət alan olmayıb.
Polis hadisə ilə İsveç paytaxtında əvvəlki partlayışlar arasında əlaqə axtarır.
“Bu partlayıcı qurğu ilə əvvəllər tapılanlar arasında oxşarlıq olub-olmadığını öyrənmək üçün bizim texniklərimiz hadisə yerinə gəliblər”, - deyə hüquq-mühafizə orqanının əməkdaşı bildirib.
Onun sözlərinə görə, yeni partlayış Stokholmda indiyə kimi baş verənlər arasında ən güclüsü olub.
Xatırladaq ki, ötən gün Stokholmun mərkəzində, Södermalm rayonunda yerləşən restoranlardan birinin yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində binanın girişi tamamilə dağılıb və fasadına ciddi ziyan dəyib. Dekabrın sonu və yanvarın əvvəlləri arasında şəhərdə yaşayış binalarının yaxınlığında da bir neçə partlayış baş verib. İsveç polisi hadisələri araşdırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm