Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyası layihəsinə dair dinləmələr keçirilib
Yusif Nəzərli
16:57 18.01.2023
Cəmiyyət
414
Qərbi Azərbaycan İcmasında, İcmanın rəhbər heyətində təmsil olunan ziyalılar və bir qrup alim və mütəxəssislə “Qayıdış Konsepsiyası” layihəsinə dair təkliflərlə bağlı dinləmələr keçirilib.
Qərbi Azərbaycan İcmasının mətbuat xidmətindən “Report”a bildirilib ki, tədbiri giriş sözü ilə açan İcmanın sədri, deputat Əziz Ələkbərli əvvəlcə ümumilikdə İcmanın qarşısında duran vəzifələrdən bəhs edib.
İcma sədri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışı zamanı bir qrup ziyalı ilə görüşündəki proqram xarakterli çıxışında irəli sürdüyü “Qayıdış Konsepsiyası” layihəsi üzərində iş gedir. Bildirib ki, Qərbi Azərbaycana, ata-baba yurdlarına qayıtmaq bu insanların haqqıdır və bu prosesin beynəlxalq konvensiyalardakı geri qayıtmaq hüququ, eləcə də sülh yolu ilə baş tutmasına dair konsepsiya layihəsində bu kimi məsələlərə xüsusi diqqət yetirilir. Bununla bağlı tədbirdə iştirak edən ziyalıların fikirlərinin və təkliflərinin dinlənilməsinin önəmini vurğulayan sədr, təkliflərini səsləndirmək üçün sözü istirakçılara verib.
İcmanın qadınlar şurasının rəhbəri, millət vəkili Məlahət İbrahimqızı, millət vəkili Etibar Əliyev, İcmanın Nəzarət – Təftiş komissiyasının rəhbəri Vahid Novruzov, MQF-nin prezidenti Rauf Zeyni, professor İbrahim Bayramov, Tarixçi alim Nazim Mustafa, tədqiqatçı alim Nazir Əhmədli, professor Qaley Allahverdiyev və digərləri “Qayıdış Konsepsiyası” layihəsi ilə bağlı təkliflərini səsləndiriblər.
Tədbir zamanı, həmçinin İcmanın çağırışına uyğun olaraq, “Qayıdış Konsepsiyası” layihəsinə dair geniş ictimaiyyətdən daxil olmuş yazılı təkliflər nəzərdən keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol