“Azəriqaz”: “Atmosferə atılan istilik effekti yaradan qazların miqdarı azalıb”
“Azəriqaz”: “Atmosferə atılan istilik effekti yaradan qazların miqdarı azalıb”
Yusif Nəzərli
10:49 09.06.2023
Cəmiyyət
595
Son illər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin həyata keçirdiyi tədbirlər nəticəsində atmosferə atılan istilik effekti yaradan qazların miqdarı xeyli azalıb.
“Report”un məlumatına görə, bunu “Azəriqaz”ın Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə Birlik tərəfindən istilik effekti yaradan qazların miqdarı üçün hədəf 167,0 min ton CO2 ekvivalenti (karbon ekvivalenti) qəbul edilib: “Görülən tədbirlər nəticəsində bu göstərici 9,3 vahid azalaraq 157,7 min tona qədər azaldılıb. Azalmanın səbəbi, Respublika üzrə 2022-ci il ərzində qaz istehlakının ötən illərlə müqayisədə artmasına baxmayaraq qaz itkiləri həcminin və sərf olunan yanacağın miqdarının azalması, korroziyaya uğramış, istismar müddəti bitmiş yeraltı və yerüstü qaz kəmərlərinin yenisi ilə əvəz və təmir edilməsi nəticəsində nail olunub”.
İ. Behbudov deyib ki, İstehsalat Birliyinin fəaliyyəti təbii qazın qəbulundan, daha sonra təbii qazı respublikanın hər bir bölgəsində əhaliyə, həmçinin təsərrüfat obyektləri və digər istehlakçılara çatdırılmasından ibarətdir. Odur ki, bu fəaliyyət zamanı təbii qazın atmosferə atılması halları qaçılmazdır: “Ətraf mühitin qorunması tədbirləri çərçivəsində Birliyin fəaliyyəti nəticəsində əmələ gəlmiş tullantıların SOCAR-ın “Tullantıların İdarə Olunması Planı”na əsasən idarə edilməsidir. Planın icrası olaraq Birlik tərəfindən 2022-ci il ərzində Tullantıların İdarə Edilməsi Mərkəzinə 22,78 ton müxtəlif növ tullantı, aidiyyəti qurumlara 694,6 ton qara metal və 98,86 ton əlvan metal qırıntısı təhvil verilib”.
O qeyd edib ki, bu ilin keçən dövrü ərzində Tullantı Mərkəzinə cəmi 291,2 ton istehsalat tullantısı təhvil verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə