Kəndinə zəngin qayıdacaqdı, tabutu göndərildi!
Yusif Nəzərli
12:29 09.06.2023
Gündəm
429
Varlanmaq üçün qaçaq yollarla ABŞ-a getdi
Qaçaq yolla Amerika Birləşmiş Ştatlarına gedən 23 yaşlı gəncin həyatı faciəylə sonlanıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Əbdülhəkim Eşiyok Türkiyənin Ağrı bölgəsində doğulub. Uzun müddət işsiz qalan, maddi sıxıntı keçirən gənc ABŞ-yə getmək qərarına gəlib. Lakin bu ölkədən məskunlaşma izni ala bilmədiyindən qaçaq yollara baş vurub. Və Vaşinqton ştatının Bellevyu şəhərinə yerləşə bilib. Burada qaçqın düşərgəsində qalan Əbdülhəkim müxtəlif işlərdə çalışıb. Son olaraq da kuryerlik edirmiş. Gəncin məqsədi bir müddət ABŞ-də çalışıb, yurda müəyyən miqdar pulla dönüb şəxsi biznesini qurmaq olub. Lakin sən saydığını say, gör fələk nə sayır. Həftə sonu hər günki kimi yatağından qalxıb işləməyə gedən gənc elə onun kimi, Amerikaya işləməyə gələn və sürücülük edən 26 yaşlı Mahbub Ali tərəfindən avtomobillə vurulub. Ağır xəsarət alan gənc Bellevyu xəstəxanasına aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Bundan sonra yaşananlar da faciəlidir. Əbdülhəkimin qəzada həlak olması Ağrıdakı ailəsinə çatıb, lakin onların cənazəni gətirmək üçün ABŞ-yə getmək istəyi reallaşmayıb. Ailə üzvlərinə viza verilməyib. Gəncin cənazəsinin yurduna göndərilməsi üçün qaçqınların yaşadığı binada yardım toplanıb. 25 min dollar pul yığılıb. Bunun sayəsində gəncin cənazəsi Türkiyəyə - Ağrıya yola salınıb. Əbdülhəkimi avtomobiliylə vuran sürücü də həbs edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə