Süni zəka kabusu qapımızdadır
Yusif Nəzərli
16:30 09.06.2023
Dünya
625
Çoxsaylı ölümlərə yol açacaq
Böyük Britaniyanın hind əsilli Baş naziri Rişi Sunakın texnoloji məsələlər üzrə üzrə müşaviri Matt Clifford süni zəkanın 2 il ərzində ölümcül silahların istehsalına yardımçı ola biləcəyinə dair xəbərdarlıq edib. “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, müşavir, gözlənilən təhlükəni dəf etmək üçün təkcə ayrı-ayrı dövlətlər tərəfindən deyil, ümumən qlobal miqyasda önləmlər alınmasının vacibliyini vurğulayıb. Ümumiyyətlə, süni zəkayla bağlı son zamanlar mütəxəssislər narahatlıq doğuran açıqlamalarla çıxış edir. Matt Clifford da “TalkTV”də bu barədə danışıb. TV proqramın qonağı olan müşavir süni zəka, bioloji silah, kiberhücum təhdidləri haqda mövqeyini açıqlayıb. M.Clifford bildirib ki, süni zəka sistemləri sürətlə inkişaf edir və getdikcə daha çox funksiyalara sahib olur. Bu texnologiya nəzarət altına alınmazsa, dünyanı təhdid edən bir şəkil alacaq. Dünya dövlətləri kiberhücumlar və bioloji silahlara qarşı tədbir almaq məcburiyyətindədir. Müşavir süni zəka ilə bağlı bir çox fərqli risk təhlükəsi olduğunu deyib. “Bu sektorda yaxın və uzunmüddətli risklərdən bəhs edirik. Yaxın zamanda bizi təhdid edə biləcək risklər isə daha qorxuncdur. Süni zəkadan yeni bioloji silahlar və böyük ölçüdə kiberhücumlar başlatmaq üçün istifadə edilə bilər. Bu, çox üzücüdür”, söyləyən M.Clifford, hətta bəşəriyyətin süni zəka tərəfindən yox edilmək ehtimalının olduğunu da bildirib. “Süni zəka insanlığı məhv edə bilərmi” sualına cavabında baş nazirin müşaviri “bu ehtimal sıfır dərəcəsində deyil”, söyləyib. M.Clifford hesab edir ki, bioloji silahlar və kiberhücumlar insanlara qarşı çox təhlükəlidir və süni zəkanın yaratdığı bu təhdidlər bütün bəşəriyyəti olmasa da, çox sayda insanı məhv edə bilər. Süni zəkanın necə, hansı yolla nəzarət alına biləcəyi barədə düşünülməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə