Şimal-Cənub Dəhlizinin işləməsi tərəflərin marağındadır
Yusif Nəzərli
04:34 10.06.2023
Gündəm
442
Lakin bu maraqların formalaşdıra biləcəyi sistem uğrunda qızğın “müharibə” gedir
"Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı tərəflər arasında danışıqların gedəcəyini proqnozlaşdırmaq olar"
"Azərbaycan-İran gərginliyindəki hərarəti soyuda biləcək Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı tərəflər arasında danışıqların gedəcəyini proqnozlaşdırmaq olar".
Bu sözləri siyasi şərhçi Aqşin Kərimov deyib. Analitik bildirib ki, bu dəhlizin başında Rusiya, İran və Hindistan dayanır: "Azərbaycan, Qazaxıstan, Ermənistan, Belarus, Tacikistan, Qırğızıstan, Oman, Suriya, Türkiyə və Ukrayna həmin dəhlizin iştirakçıları, Bolqarıstan isə müşahidəçi dövlətdir.
Azərbaycan bu qitələrarası ticarət marşrutundakı həlqələri bir-birinə bağlayaraq “Şimal-Cənub” zəncirini formalaşdıracaq önəmli ölkədir. Yəni Azərbaycan imkan verir ki, Rusiya öz mallarını İrandan keçərək Hindistana uzanan böyük ticarət marşrutu ilə daşısın. Bu əlamətdar və cəlbedici ticarət yolu Rusiyanın Sankt-Peterburq şəhərindən başlayaraq, İranın Xəzər dənizindəki Ənzəli limanına, oradan Fars körfəzinə, Bəndər Abbas limanına çıxır, sonda Mumbaya çatır. Azərbaycan müxtəlif limanlar arasındakı strateji keçidi təmin etmək, böyük məsafədəki dəhlizdə əlaqəni asanlaşdırmaq baxımından önəmə sahibdir. Bu mənada Moskva-Tehran-Yeni Dehli üçlü iqtisadi habı Azərbaycanın qiymətini verməlidir, Rusiya ilə Hindistan isə İranın regional təhdid motorunu soyutmağı bacarmalıdır.
Lakin geoiqtisadi layihələri geostrateji məqsədlərə çevirmək istəyən Hindistanla İran Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından ikinciyə qahmar çıxan mövqedə dayanırlar".
Ekspertə görə, Rusiya üçün bu xətt sərfəli deyil, çünki Moskvanın Ukraynada apardığı hərbi kampaniya onu qlobal tədarük yollarında keçilməz eşalonlarla üzləşdirir: "Rusiyanın hazırda ən vacib nəfəsliyi Şimal-Cənub beynəlxalq marşrutudur, ona görə də Rusiya Prezidenti Vladimir Putinlə iranlı həmkarı İbrahim Rəisi dəhliz üzrə Rəşt-Astara dəmir yolunun yaradılması haqqında saziş imzaladılar. Məntiqlə Rusiya Hindistanla İranın regional proqramlarını format etməyi vacib bilir, hərçənd, Cənubi Qafqazda gərginləşən iplər üzərində oynamaq həm Moskva, həm Tehran, həm də Yeni Dehli üçün çətindir. Rusiya və İranın regional maraqları bəllidir, Hindistanın izləri isə daha qaranlıq “uçurum”lara aparır. Hindistan artan qlobal miqyasına uyğun olaraq infrastruktur və inkişaf izlərini genişləndirməyə çalışır. Onun bu iddialı cəhdi karbohidrogenlərlə zəngin və strateji əhəmiyyətli Mərkəzi Asiya ilə əlaqə yaratmaq üçün alternativ yollar axtarmaq üçündür. Hindistan bu yollarda vurnuxarkən Azərbaycanın strateji tərəfdaşı Pakistanın, özünün digər rəqibi Çinin Cənubi Qafqazdakı profillərini aşağı salmağı hədəfləyir, yəni Yeni Dehlinin qurcalanmasının daha geniş qlobal və regional konteksti var".
A.Kərimov hesab edir ki, Azərbaycan-İran münasibətlərindəki gərginliyin məzmununa qlobal mühərriklərin Avro-Atlantik məkandan Asiya regionuna keçidi, bunun yaratdığı geostrateji dinamika kontekstində baxmaq lazımdır: "İran geosiyasi qütbləri çoxalan beynəlxalq sistemdə yeni qayda yaratmaq və özünün radikal mahiyyətini həmin nizamın ortasına yerləşdirmək istəyir. Bəli, Şimal-Cənub Dəhlizinin işləməsi tərəflərin marağındadır, lakin bu maraqların formalaşdıra biləcəyi sistem uğrunda qızğın “müharibə” gedir. İran, təbii ki, sözügedən beynəlxalq nəqliyyat dəhlizində Azərbaycanın iştirakını nəzərə almaq məcburiyyətindədir, amma Tehran böyüyən ambisiyalarını daha yüksəkdə tutacaq. Ona görə də Azərbaycan-İran gərginliyinin azalmasının geniş miqyasdakı tablosu həm də Şimal-Cənub Dəhlizi ilə bağlı parametrlərlə strateji gələcək arasında bağlantı qurmaqdan asılı olaraq qalmaqdadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə