Valyutadəyişmə məntəqələri bazara qayıdacaq?
Yusif Nəzərli
14:39 10.06.2023
İqtisadiyyat
1137
Əgər turizmi inkişaf etdirmək istəyiriksə, 24 saat işləyən valyutadəyişmə məntəqələri olmalıdır
Azərbaycanda 10 minə yaxın valyutadəyişmə məntəqəsi bağlanıb.
Bunu Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında deputat Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, bu məntəqələrdə minlərlə insan işləyirdi: “Artıq “qara bazar” var. Metro stansiyalarının qarşısında dollardəyişmə yerləri fəaliyyət göstərir. 90-cı illərə qayıtmışıq sanki. Şənbə-bazar günləri heç yer işləmir, ölkəyə gələn turist pulunu harada dəyişsin? 1-2 bankın növbətçi filialları çalışır. Amma gərək Əhmədlidə olan şəxs pul dəyişmək üçün mərkəzə gəlsin”.
Deputat bildirib ki, düzdür, valyutadəyişmə məntəqəsi açmaq üçün girov çoxdur: “Amma bu məntəqələr açılmalıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gözəl dayanacaqlar təqdim edir. O dayanacaqlar formasında dünyanın hər yerində puldəyişmə məntəqələri var. Bizdə də açılıb işləsin. Bu, həm iş yeridir, həm də vətəndaşların və turistlərin rahatlığıdır".
İqtisadçı-ekspert Əyyub Kərimli “Sherg.az"a açıqlamasında bu məsələni bir neçə dəfə qaldırdığını deyib: “Azərbaycanda xarici valyuta almaq istəyən vətəndaşlar ciddi problemlərlə üzləşirlər. Övladları xaricdə oxuyan, xaricə turist səfərinə getmək istəyən vətəndaşlar xüsusilə çətinlik çəkirlər. Bizdə bayram günlərinin çox olması və şənbə-bazar günləri bank sektorunun işləməməsi sadəcə valyutadəyişmə yox, idxal-ixrac və digər daxili əməliyyatlar üçün də problem yaradır”.
”Exchange”lərin yenidən açılmasına zərurət olduğunu deyən iqtisadçının sözlərinə görə, valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyəti imkan verəcək ki, insanlar asan, sərbəst şəkildə - şənbə, bazar, bayram günlərinə baxmadan gedib pullarını dəyişə bilsinlər: “Onsuz da ölkədə valyuta mübadiləsi fəaliyyəti göstərmək üçün müəyyən edilmiş qaydalar var. Valyutadəyişmə əməliyyatları üçün 20 min manat limit qoyulub.
Turizmin inkişafı baxımından da valyutadəyişmə məntəqələrinin açılmasını müsbət hesab edirəm. Əgər Azərbaycanda turizmi inkişaf etdirmək istəyiriksə,
təhlükəsizliyi təmin edilməklə 24 saat işləyən valyutadəyişmə məntəqələri olmalıdır. Əgər biz turizmi inkişaf etdiririksə, hansısa xarici vətəndaş Azərbaycana valyuta gətirirsə, bunlar üçün münbit şərait yaratmalıyıq ki, gəlsin, dünyanın hər yerində olduğu kimi pasportunu versin və pulunu dəyişib getsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya