Şolts sığınacaqla bağlı qanunu sərtləşdirən Aİ ölkələrinin razılaşmasını dəstəkləyib
Şolts sığınacaqla bağlı qanunu sərtləşdirən Aİ ölkələrinin razılaşmasını dəstəkləyib
Yusif Nəzərli
13:15 10.06.2023
Gündəm
501
Almaniya Kansleri Olaf Şolts Avropa İttifaqı (Aİ) ölkələrinin qalmaq perspektivi olmayan qaçqınlarla daha sərt davranmaq barədə razılaşmasını dəstəkləyib.
“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə şənbə günü Nürnberqdə Almaniya Protestant Kilsələrinin 38-ci Konqresində çıxışı zamanı bildirib.
Şolts qeyd edib ki, ölkələrin başqalarını işarə edib özünü məsuliyyətdən kənar hiss etməsinə son qoymaq lazımdır.
“Nəhayət, qaçqınların Avropada bölüşdürülməsi üçün həmrəylik sistemi yaradılmalıdır”, - o vurğulayıb.
Eyni zamanda Şolts sığınacaqla bağlı prosedurların sürətləndirəcəyinə və prosesin daha rəqəmsal olacağına söz verib: “Avropada qala bilməyənləri geri qaytarmaq üçün mümkün olan hər şeyi etməliyik”, - Almaniya hökumətinin başçısı fikrini yekunlaşdırıb. O xatırladıb ki, 2022-ci ilin fevralında Ukraynada münaqişə başlayandan sonra Almaniya artıq Ukraynadan 1 milyondan çox qaçqını qəbul edib.
Xatırladaq ki, iyunun 8-də Aİ ölkələrinin daxili işlər nazirləri sığınacaq verilməsi sistemində islahatların aparılması planlarının lehinə səs veriblər. O cümlədən qalmaq perspektivi olmayan miqrantlara qarşı daha sərt rəftar nəzərdə tutulur. Gələcəkdə təhlükəsiz hesab olunan ölkələrdən gələn insanlar sərhədi keçdikdən sonra ciddi nəzarət edilən qəbul məntəqələrinə yönəldilməlidir. Bu halda, bir qayda olaraq 12 həftə ərzində ərizəçinin sığınacaq almaq şansının olub-olmadığını müəyyən etmək üçün yoxlama aparılır. Cavab mənfi olarsa, o, dərhal geri göndərilməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya