İnəklərini bəzədilər, yaylaqlara böyük köç başladı
09:31 12.06.2023
Mədəniyyət
920
İyun ayının gəlişi ilə dağlıq ərazilərdə bir hərəkətlilik sezilir. Böyük köç başlayıb. Ənənəvi paltarlarını geyinən kəndlilər bu çətin yolu bütün günü davam edirlər.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, artıq bölgədə əsrlər boyu dağlıq ərazilərə köç edənlər hazırlıqlarını başa vurublar.
Kəmər, bel örtüyü kimi yerli paltarlarını günlər əvvəl hazırlayan qadınlar, heyvanlarını gözmuncuğu, boyunbağı, burunluq, qaş və buynuz kimi rəngli materiallarla bəzəyirlər.
Coğrafi şəraitə görə heyvanlarının yanından bir an olsun belə ayrılmayan kəndlilər köç zamanı müəyyən fasilələrlə heyvanlarına istirahət də verirlər.
Kilometrlərlə yollarda və dağlıq ərazilərdə gəzintidən sonra axşam saatlarında yaylaqlara çatırlar. Sentyabrın sonuna kimi burada qalırlar. Qış ayları üçün istehlak edəcəkləri süd məhsullarını hazırlayır və heyvanları üçün ot biçirlər. Dağlarda otardıqları heyvanların südündən qatıq, pendir, kəsmik və yağ hazırlayırlar.
Trabzonun Düzköy mahalının Çal məhəlləsindən Yedi Harman yaylasına çatmaq üçün heyvanları ilə 14 saat piyada yol gedən Müslüm Samast hər il toylara, şənliklərə gedən kimi heyvanları bəzəyərək yaylağa getdiklərini bildirib.
Yayla köçünü illərdir ənənə olaraq davam etdirdiklərini bildirən Samast, "İnəklərimizi buna görə bəzəyirik. Bu bizə zövq verir" deyə bildirib.
"İyunun ilk həftəsində yaylamıza gəlirik. Sentyabrın 20-25-dən isə qayıdırıq. Bu işi sevgi və rahatlıqla görməyə çalışırıq. Ölənə qədər bu işi davam edəcəyik. Həyat yoldaşımla bir-birimizə dəstək oluruq”.
Qardaşına dəstək verən Fatma Öztürk isə 40 ilə yaxındır yaylaya köç etdiklərini bildirib.
"Bu, anamdan, atamdan və babamdan miras qalan bir ənənədir. Heyvanlarımızla yaylaya gedirik, 3 ay orada qalırıq. Yağımızı və pendirimizi tədarük edirik. Bu da bizim adət-ənənəmizdir. Dağlara öyrəşmişik, getməsək qala bilmərik. Evimiz ordadır. Hər il gedib-gəlirik. Toyuq-cücə, buzov, quzu, qoyunumuz var. Şükür Allaha”.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm