Gələcəkdə Sinan Oğana hansısa vacib post verilə bilər?
Yusif Nəzərli
22:25 12.06.2023
Aktual
669
Əgər bu reallaşarsa, həm Sinan Oğanın özü, həm də AKP və milliyətçi cameə üçün faydalı olar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana baş tutacaq dövlət səfərində onu ATA İttifaqından prezidentliyə keçmiş namizəd Sinan Oğan da müşayiət edəcək. İddiaya görə, Oğan heyətlər arasında keçiriləcək geniştərkibli görüşə qatılacaq. Qeyd edək ki, Sinan Oğan prezident seçkisinin ikinci turunda Ərdoğanı dəstəkləyib. Nəticədə Türkiyə lideri 52 faizlik səslə ikinci turda qələbə qazanıb. Bu dəstəkdən sonra S.Oğanın "Cümhur İttifaqı" çərçivəsində fəaliyyət göstərəcəyi, hökumətin siyasətinə dəstək verəcəyi açıqlanıb. Ərdoğanın Azərbaycana səfər proqramı da açıqlanıb. Məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə yeni dövrdə Türkiyə-Azərbaycan münasibətlərini yaxşılaşdıracaq digər əməkdaşlıq imkanları ilə yanaşı, cari beynəlxalq və regional hadisələrlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Qeyd edək ki, Ərdoğan prezident seçildikdən sonra ilk səfərini iyunun 12-də Şimali Kipr Türk Respublikasına, iyunun 13-də isə Azərbaycana edəcək. Bu, Türkiyədə dövlət ənənəsidir.
Politoloq Əhəd Məmmədli "Sherg.az"a bildirib ki, Sinan Oğanın ulduzu Türkiyədə ötən ay keçirilən prezident seçkilərində parladı. Analitik xatırladıb ki, Sinan Oğanın 5 faizdən çox alması onu ikinci turda kritik və həlledici qərar sahiblərindən etdi: "Oğan da düzgün qərar verərək Rəcəb Tayyib Ərdoğanı dəstəklədi. Ərdoğanla görüşdü və bir çox məsələləri müzakirə etdi. Andiçmə mərasimində Türkiyə rəhbəri təşəkkür çıxışında Sinan Oğanın da adını çəkdi. Uzun zamandır S.Oğana hansısa yüksək post veriləcəyi də müzakirə olunmaqdadır. Bu hələ də gündəm mövzusu olaraq alır. Sinan Oğanın milliyətçi keçmişi var və illərlə Azərbaycanda çalışıb, güclü əlaqələri, bağları mövcuddur. O baxımdan Ərdoğanın Azərbaycan səfərlərində Sinan Oğanın da yer alması, onu müşayiət etməsi təbii olmaqla yanaşı, həm də önəmlidir. Ola bilsin, gələcəkdə Oğana hansısa vacib post verilsin. Əgər bu reallaşarsa, həm Sinan Oğanın özü, həm də AKP və milliyətçi cameə üçün faydalı olar, əlaqələr də müsbət məcrada inkişaf edər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə