Türkiyə və İran: Böyük savaş gözlənilir?
Yusif Nəzərli
06:35 13.06.2023
Dünya
575
Türkiyə isə NATO ölkəsi olaraq, ən yeni silahlara malikdir
Sosial şəbəkələrdə İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf və “Əmmar” Strateji Düşərgə Şurasının rəhbəri Mehdi Taebə aid olduğu bildirilən səs yazısı yazılıb. Səs yazısında Taeblə Qalibafın Türkiyə ordusunu və onun hərbi qüdrətini müzakirə etdikləri məlum olur. Yaxın Şərqdə, hansısa bölgədə Türkiyə ilə qarşıdurma yaranarsa, yanacaq idxal olunan limanın raketlə vurulması tövsiyə olunur. Türkiyəyə məxsus hərbi texnikaların yanacaq probleminin olması vurğulanır. Hətta "tanklar daş kömürlə işləmir ki?" tipli aşağılayıcı yanaşma ilə türk ordusunun gücü görməzdən gəlinir. Qeyd edək ki, “Əmmar” 2008-ci il seçkilərindən sonra “yumşaq müharibə” (təbliğat savaşı) ilə məşğul olmaq üçün yaradılıb.
Politoloq Azər Rəşidoğlu "Sherg.az"a açıqlamasında sosial şəbəkədə yayılan səslərin real olmadığını düşünür. Analitik vurğulayıb ki, nəzəri baxımdan, Türkiyə ordusu İran ordusundan daha böyük və güclüdür: "İran hərbi texnikası qədimdən qalmadır. Türkiyə isə NATO ölkəsi olaraq, ən yeni silahlara malikdir. Digər tərəfdən, İran hərbi əməliyyatlara başlayacağı təqdirdə, bir neçə dövlətin cavabı ilə qarşılaşacaq. Xüsusən Pakistan, Türkiyə və İsrail birlikdə Tehrana zərbələr endirə bilər. Bu hadisələrdə Qərb ölkələrinin hansı səviyyədə iştirak edəcəyini demək qəlizdir. Lakin ABŞ-nin İrana dənizdən zərbə vurmaq üçün kifayət qədər gücü var. İran ordusu raket sistemləri və PUA-lara aktiv fəaliyyət göstərən bir modelə sahibdir. Ancaq bu model Türkiyə ordusuna təsir edə bilməz. Türkiyənin ortaya qoyduğu güc istənilən həmləni dəf etmək iqtidarındadır. İran Türkiyəyə qarşı addım atarsa, Rusiya və KTMT-dən kömək istəyə bilməz. İran hakimiyyətində hələ də belə hesab edirlər ki, hərbi-siyasi təhdidlər Türkiyəni xarici siyasətini Tehranla razılaşdırmağa vadar edə bilər. Lakin bu, daha çox daxili auditoriyaya hesablanmış “sızma”lardır. İki ölkə arasında böyük savaş gözləmirəm. İran o qədər də sadəlövh dövlət deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə