Ali məktəblərin memarlıq ixtisasına qəbul olmaq üçün qabiliyyət imtahanı keçirilir
07:43 04.08.2023
Elm və Təhsil
602
Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin I ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən memarlıq ixtisasına qəbul olmaq üçün qabiliyyət imtahanı keçirilir.
Mərkəzdən “Report”a bildirilib ki, memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanında iştirak etməsi üçün ərizə qəbulu 25-30 iyul tarixlərində aparılıb və bu müddət ərzində 324 nəfər qeydiyyatdan keçib.
İmtahan 4-5 avqust tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman kompleksində (ünvan: Ayna Sultanova küçəsi, 11) keçirilir. İmtahanın bu gün iki, sabah isə bir növbədə keçirilməsi nəzərdə tutulub.
İştirakçılar buraxılış vərəqəsində göstərilən tarix və saatda şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” ilə birlikdə imtahan binasının qarşısında olmalıdırlar.
İmtahanın müddəti 3 saat 45 dəqiqədir. Abituriyentlər A3 formatlı kağız üzərində naturadan gipsdən hazırlanmış antik başın təsvirini çəkirlər.
İmtahan nəticələri ilə bağlı abituriyentlərin müraciətlərinə 6 avqust 2023-cü il tarixində saat 09:00-dan 12:00-dək Azərbaycan Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərəcək Apellyasiya Komissiyası tərəfindən baxılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya