
Ankara və Moskva arasında soyuq külək: Ərdoğan Putindən nə tələb edəcək? - RƏY
14:03 07.08.2023
Siyasət
559
"Baxmayaraq ki, Putinin Türkiyəyə gedəcəyi ilə bağlı məlumatlar var, amma mən buna inanmıram".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya və Türkiyə liderləri arasında baş tutacaq görüşdən danışarkən deyib.
O söyləyib ki, görüş ya Moskva, ya da Soçidə baş tutacaq:
"Diplomatik qaynaqlara görə, təmas zamanı Azərbaycan-Ermənistan münasibətləri və Zəngəzur dəhlizi gündəmə gətiriləcək. Bu da deməyə imkan verir ki, Ərdoğan Rusiyanın qarşısına Cənubi Qafqazla bağlı konkret tələblər qoya bilər. Çünki hazırda Ankara Moskva üçün daha vacib faktora çevrilir. Digər tərəfdən iki ölkə arasında son zamanlarda soyuq küləklərin əsdiyini nəzərə almalıyıq. Hətta Ərdoğan Putinə diplomatik şəkildə deyə bilər ki, Cənubi Qafqazda suları bulandırma. Çünki bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirdi ki, tələsik sülh lazım deyil. Bu da Şimal qonşumuzun Cənubi Qafqazla bağlı siyasəti ortaya çıxdı. Yəni bəlli oldu ki, Kreml bölgədə yaxın zamanda sülhün olmasını istəmir".

Analitik əlavə edib ki, Türkiyə Rusiyanın moderatorluğunu almaq və özü real vasitəçiyə çevrilmək istəyir:
"Zəngəzur dəhlizinin isə ilin sonuna qədər açılması gözlənilir və Rusiyanın bununla bağlı öhdəlikləri var. Ola bilsin Ərdoğan Putini dəhlizin açılmasına razı salsın. Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsi istiqamətində atılan bir addımdır. Ancaq bu yetərli deyil. Çünki bundan başqa sərhədlərin delimitasiyası və demarkasiyası həllini tapmalı, Qarabağdakı terrorçular torpaqlarımızdan çıxarılmalıdır. Ümumiyyətlə, Putinin Ərdoğana verəcəyi cavabdan asılı olaraq, iki ölkə arasındakı münasibətlərin hansı tempdə inkişaf edəcəyi və Türkiyənin Ukraynadakı müharibədə hansı mövqe tutacağı məlum olacaq".
Qeyd edək ki, “Hürriyet” nəşri Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Zəngəzur dəhlizi də müzakirə olunacağını yazıb.
Bildirilib ki, Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü zamanı Rusiya və Türkiyə arasında ikitərəfli əlaqələr, Taxıl Sazişinin bərpası, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, eləcə də Zəngəzur dəhlizi müzakirə ediləcək.
Həmçinin müzakirələrdə Suriya məsələsi də yer alacaq. Xatırladaq ki, Putinin Türkiyəyə səfəri bu ay üçün gözlənilir. Səfərin dəqiq tarixi açıqlanmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə