
Erməni revanşizmi iş başında: Tək yol antiterror əməliyyatlarıdır!
14:39 07.08.2023
Siyasət
650
Avqustun 7-si saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus "DJI Mavic 3" kvadrokopteri Azərbaycan Ordusunun Basarkeçər rayonunun Zod istiqaməti ilə üzbəüz istiqamətdə yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib.
Ermənistan tərəfinin növbəti təxribatını "Sherg.az"a şərh edən hərbi ekspert Alparslan İmamqulu bildirib ki, Ermənistan siyasi iradəsi ilə dəfələrlə görüşlər keçirilib:

"Ermənistanın siyasi iradəsi ilə görüşlərin keçirildiyi və hər dəfəsində müxtəlif təminatlar vermək istiqamətində sanki irəliləyişlərin olduğu görünsə də, revanşizm hələ də davam etməkdədir. Xüsusilə də qondarma rejimin kontrol olunması baxımından burada bir məna çıxır ki, bütün idarə Rusiyanın əlindədir. Yəni Şimal qonşumuz heç bir şəkildə Cənubi Qafqazdan çəkilmək istəmir və münaqişənin davam etməsi üçün əlindən gələn hər şey edir. Bunun tək həll yolu isə ən qısa zamanda irimiqyaslı antiterror əməliyyatlarının keçirilməsi, ərazilərimizdəki etnik silahlı terrorist qrupların təmizlənməsidir. Azərbaycan vətəndaşı olmaq istəməyənlər isə ərazilərimizi tərk etməlidir. Əks halda bu münaqişə sonsuza qədər davam edəcək. Ona görə ki, bölgədə Rusiyanın maraqları var və Qərb müxtəlif zamanlarda bu məsələlərə qarışacaq. Təbii ki, bu da xoşa gələn hal deyil. Biz bu gün torpaqlarımızı azad etmişik və qalib tərəfik. Bundan sonra atılacaq addımlar isə ərazilərimizi terrorçulardan təmizləmək və qarşı tərəfi fakt qarşısına qoyaraq buna məcbur etməkdir. Yalnız belə olduğu təqdirdə bölgədə sülh mümkün olacaq. Davamında isə Rusiyanın ərazilərimizdən və Cənubi Qafqazdan çəkilməsinə nail olarıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə