Ermənilər separatçıların girovluğundan qurtula bilmirlər
Ermənilər separatçıların girovluğundan qurtula bilmirlər
Yusif Nəzərli
09:42 08.08.2023
Aktual
546
Terrorçu və cinayətkarlara qarşı sərt qanuni güc göstərməli, həmçinin dinc vətəndaşları da himayəmizə almalıyıq
“Azərbaycan Prezidentinin Qarabağda yaşayan ermənilərə səslənişi çox doğru vaxtda verilmiş və tamamilə vəziyyətə adekvat olan çağırışdır".
Bu sözləri "Sherg.az"a Azərbaycan Demokratik Partiyasının sədr müavini Həsrət Rüstəmov deyib. Partiya təmsilçisi qeyd edib ki, Azərbaycan rəhbərliyi xalqımıza qarşı müharibə cinayətlərində və terror hadisələrində fəal iştirak etmiş ermənilərdən başqa Xankəndi bölgəsində yaşayan və Azərbaycanın suverenliyini qəbul edən yerli ermənilərə normal yaşamaq imkanı verəcəyini bir daha bəyan etmiş oldu:
"Bu bəyanat ölkəmizə qarşı bəzi ermənipərəst dairələrdə aparılan spekulyativ oyunlara da yaxşı bir cavabdır. Həmçinin Azərbaycan vətəndaşlığını qəbul edən yerli ermənilərə də aydın mesaj verilir ki, artıq bölgədə destabilizasiyanın davam etməsində maraqlı olan xarici güclərin əlində alət olmaqdan imtina etsinlər. Prosesi bu cür davam etdirməliyik. Terrorçu və cinayətkarlara qarşı sərt qanuni güc göstərməli, həmçinin dinc vətəndaşları da himayəmizə almalıyıq".
Məlumat üçün deyək ki, Prezident İlham Əliyev Şuşada "Euronews" televiziyasına müsahibəsində Qarabağ ermənilərinə çağırış edib. Dövlət başçısı vurğulayıb ki, Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar. Həmçinin manipulyasiyanın girovu olmağa son qoyacaqlar: "Başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, vəziyyət onların xeyrinə dəyişməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi