Özbəkistan Xəzər dənizində gəmilərinin olmasında maraqlıdır
Özbəkistan Xəzər dənizində gəmilərinin olmasında maraqlıdır
Yusif Nəzərli
07:46 09.08.2023
Aktual
462
Özbəkistan Xəzər dənizində öz gəmilərinin olmasında maraqlıdır və bu da Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yük daşımalarının artmasına kömək edəcək.
Bunu "Report"a açıqlamasında Özbəkistanın Nəqliyyat Nazirliyi yanında Nəqliyyat və Logistikanın İnkişafının Öyrənilməsi Mərkəzinin direktoru Bekzod Xolmatov bildirib.
O deyib ki, Özbəkistan Azərbaycanla birlikdə gəmiqayırma layihələrində iştirak etməkdə maraqlıdır: "Dənizə birbaşa çıxışı olmayan bir ölkə kimi, Özbəkistana donanmasının olması vacibdir”.
B. Xolmatovun sözlərinə görə, Daşkənd bu məsələdə digər ölkələrlə əməkdaşlığa hazırdır: "İndi biz Bakı limanında öz terminalımızın tikintisi üzərində işləyirik, bu isə bu təşəbbüsün əsasını təşkil edir. Üstəlik, Türkmənistan və Qazaxıstanla gəmiçilik sahəsində razılaşmalar gündəmdəki bütün məsələləri tez həll etməyə imkan verəcək”.
Xatırladaq ki, Özbəkistan okeanlara çıxış üçün azı iki dövlətin sərhədini keçməlidir. O, bu kateqoriyaya aid olan iki ölkədən biridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət