XİN: Qazaxıstanın BRİKS-ə tamhüquqlu üzv olması barədə danışmaq tezdir
XİN: Qazaxıstanın BRİKS-ə tamhüquqlu üzv olması barədə danışmaq tezdir
Yusif Nəzərli
08:21 09.08.2023
Aktual
435
Qazaxıstanın BRİKS-ə tamhüquqlu üzv olması barədə danışmaq tezdir.
APA xəbər verir ki, bu barədə Qazaxıstan XİN rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.
Smadiyarovun sözlərinə görə, rəsmi Astana BRİKS-ə üzv olan ölkələrlə əməkdaşlıqda maraqlıdır: “Qazaxıstan BRİKS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) ilə əməkdaşlıqda maraqlıdır, lakin ölkəyə bu təşkilatın tamhüquqlu üzv statusu verilməsindən danışmaq hələ tezdir”.
Smadiyarov onu da əlavə edib ki, təşkilatın iki üzvü - Rusiya və Çin Qazaxıstanın qonşuları və ən yaxın siyasi, ticarət-iqtisadi tərəfdaşlarıdır. Qazaxıstanla Hindistan arasında strateji tərəfdaşlıq əlaqələri qurulub.
XİN rəsmisinin sözlərinə görə, yeni ticarət yollarının qurulması və Qazaxıstan iqtisadiyyatının şaxələndirilməsi məqsədilə Cənubi Afrika Respublikası (CAR) və Braziliya ilə qarşılıqlı faydalı dialoq qurulur: “Qazaxıstanın BRİKS-ə mümkün üzvlüyünə gəlincə, qeyd etmək lazımdır ki, indiyədək bu təşkilatın genişləndirilməsi üçün meyarlar və mexanizm hazırlanmayıb”.
Xatırladaq ki, bir müddət öncə CAR Xarici İşlər və Əməkdaşlıq naziri Naledi Pandor 23 ölkənin, o cümlədən Qazaxıstanın BRİKS-ə üzv olmaq üçün rəsmi müraciət etdiyini bildirmişdi.
Təşkilatın genişləndirilməsi və yeni ölkələrin qəbul olunması məsələsi Cənubi Afrika Respublikasının sədrliyi ilə 22-24 avqust tarixlərində Yohannesburqda keçiriləcək BRİKS-in sammitində müzakirə olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət