
Sülh prosesinin görünməyən tərəfləri: Türkiyəsiz mümkün olmayacaq
08:35 09.08.2023
Siyasət
432
Etibar Məmmədov: "Rusiya "status" məsələsini və prosesi asılı vəziyyətdə gələcək nəsillərə saxlamaq istəyir. Qərb tərəfdən isə bu cür tələblər yoxdur"
"Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarında hansı müzakirə platforması faydalı olarsa, ona üstünlük veriləcək".
Bu barədə "Sherg.az"a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri, keçmiş millət vəkili Etibar Məmmədov deyib.
ABŞ, Brüssel və Rusiyanın vasitəçiliyi ilə aparılan sülh danışıqları barədə fikrini bəyan edən Etibar Məmmədov vurğulayıb ki, hələki Rusiyanın mövqeyi Azərbaycanın mənafelərinə uyğun deyil: "Rusiya "status" məsələsini və prosesi asılı vəziyyətdə gələcək nəsillərə saxlamaq istəyir. Qərb tərəfdən isə bu cür tələblər yoxdur. Qərbin gündəmə gətirdiyi Qarabağdakı ermənilərin təhlükəsizliyi məsələsidir. Bu məsələnin həlli də Prezidentin elan etdiyi kimi Qarabağda yaşamaq istəyən ermənilərin vətəndaşlığı qəbul etməsindən və reinteqrasiya prosesindən keçir. Bunun üçün də ayrıca protokol, qayda tətbiq oluna bilər ki, ermənilərin vətəndaşlığı qəbul etməsi prosesinin hansı formada olacağı bəlli olsun. Əlbəttə, bu, mürəkkəb və qəliz məsələdir. Amma əvvəl-axır bu münasibətlər qurulmalıdır, görüşlər təşkil edilməlidir. Bilinməlidir ki, erməni icmasının nümayəndələri kimdir və onlarla hansı şəkildə danışmaq lazımdır. Uzun çəkən prosesdir, bir-iki günə həll oluna bilməz. Əsas odur ki, sülh müqaviləsi imzalansın və Ermənistanla sərhədlər müəyyənləşsin. İrəvan sərhəddən bu yana qarışmasın. Əgər sülh sazişi imzalanarsa, Ermənistan Qarabağdakı ermənilərin maliyyələşməsindən, onların müdafiəsindən əl çəkməlidir. Həmin bölgə bütünlüklə Azərbaycan dövlətinin səlahiyyətlərinə daxil olmalıdır".

Etibar Məmmədov Ermənistanın TIR şousuna da münasibət bildirib: "Ermənistan tərəfinin istədiyini həyata keçirməsinə imkan vermək olmaz. Onların "humanitar yardım" adı ilə Qarabağdakı ermənilərə göndərməyə çalışdıqları yük maşınlarının Azərbaycan ərazisinə buraxılmaması çox düzgün qərardır. Əgər məqsəd həqiqətən humanitar yardımdırsa, onlara alternativ yol göstərilir ki, oradan istifadə etsinlər. Bu, haqlı mövqedir və heç bir tərəddüd ola bilməz və fikrimcə, olmayacaq".
AMİP qurucusu onu da vurğulayıb ki, Türkiyə bütün prosesin içindədir: "Türkiyə hər hadisə ilə bağlı ətraflı məlumatlandırılır və prosesdə iştirak edir. Təbii ki, bu məsələnin də görünməyən tərəfləri var. Türkiyəsiz bu məsələlərin heç birinin həlli yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət