
Makronun əli üzülür: Afrikada baş verənlər başlanğıcdır
04:16 09.08.2023
Siyasət
418
Fransanın Qafqazla bağlı siyasəti də tam iflasa uğrayacaq
"Fransanın əksəriyyəti Azərbaycanın torpaq bütünlüyünə qarşı çıxanlardan ibarət 82 senatoru Prezident Emmanuel Makrona açıq məktub yazaraq Afrikada narazılıqların baş qaldırmasından əndişələndiklərini bildiriblər".
Bu sözləri millət vəkili Sahib Alıyev deyib. Deputat vurğulayıb ki, onları anlamaq çətin deyil:

"Fransanın Afrikadakı müstəmləkəçiliyinə son qoyulduğu təqdirdə bu ölkə öz iqtisadi potensialına görə təqribən İspaniya səviyyəsinə düşəcək. Fransalı senatorlar yaranmış vəziyyəti Çin, Rusiya və ABŞ-nin Afrikada mövqelərinin güclənməsi ilə əlaqələndirirlər. Burada xatırladaq ki, adı çəkilənlərlə yanaşı son illər Türkiyənin də Afrikanın müsəlman ölkələrinə təsiri diqqətəcarpacaq dərəcədə artıb. Fransa kimi yırtıcı dövlətlərin təkcə qaradərili deyil, həm də qaragünlülər qitəsinə çevirdiyi Afrikada belə bir durumun yaranmasında, fikrimcə, Azərbaycan faktoru da var. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Afrika ölkələrindən birində - Əlcəzairdə keçirilən Ərəb Liqası Dövlətlərinin sammitində və Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə Fransanın yeritdiyi müstəmləkəçilik siyasətini, törətdiyi vəhşilikləri kəskin tənqid etməsi yəqin ki, təsirsiz qalmır. Afrika ölkələrinin çoxundan gec müstəqillik əldə edən bir dövlətin Fransanı yerində oturtması, onun yeritdiyi yaramaz siyasəti tənqid etməkdən çəkinməməsi onlar üçün bir növ örnək rolu oynayır. Afrikada baş verənlər Fransanın Qafqazla bağlı siyasətinin də tam iflasa uğrayacağını göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət