Boş qalan plan yerlərinə qəbul "hazırlıq qrupları" adı ilə olacaq
Yusif Nəzərli
10:36 10.08.2023
Elm və Təhsil
817
Yoxsa azı 10 mindən çox boş qalacaq plan yerlərini doldurmaq üçün müsabiqə şərtini 100 bala salmazlar
“Yaxın günlərdə ali məktəblərin bakalavr pilləsinə qəbul olmaq üçün ixtisas seçimi başlayır və sabaha abituriyent 4 jurnalı nəşr olar”.
Bu sözləri “Sherg.az"a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, bu il ali məktəblərə qəbul plan yeri 60 minə çatıb. Bütün universitetlərin plan yerləri kəskin şəkildə artıb: “Amma abituriyentlərin nəticələri, xüsusilə, 200-dən çox bal toplayan abituriyentlərin sayında ciddi fərq yoxdur. Qüvvədə olan qəbul qaydalarına görə ümumi balı 150-dən çox olanlar müsabiqəyə qoşulur, amma onlar məhdud ixtisaslar seçə bilər. Bu halda ali məktəblərin böyük sayda, azı 10 minə qədər plan yeri boş qalacaq.
Xüsusilə, 1-ci ixtisas qrupu üzrə 200 bal ilə seçim ixtiyarı verilən ixtisaslardan boş qalanlar çox olacaq. 2018-ci ildə "Təhsil haqqında" qanuna dəyişiklik edilib və universitetlərin nəzdində "hazırlıq qrupları" yaradılması nəzərdə tutulub. Lakin 5 ildir ki, heç kim bu barədə danışmır. 2 ildir ki, abituriyent 2 jurnalında bu qəbul nəzərdə tutulur, amma həyata keçirilmir. Ehtimal etmək olar ki, məhz boş qalan plan yerlərinə qəbul məhz "hazırlıq qrupları" adı ilə olacaq. Yoxsa azı 10 mindən çox boş qalacaq plan yerlərini doldurmaq üçün müsabiqə şərtini 100 bala salmazlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol