
Saakaşvilidən Azərbaycana təşəkkür: Hara mesaj ötürür? - ŞƏRH
13:55 10.08.2023
Siyasət
751
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 2008-ci ilin avqustunda Gürcüstanı dəstəklədiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib. Bu barədə Saakaşvili Facebook səhifəsində yazıb. "2008-ci il hadisələrində Azərbaycanın rolu yetərincə qiymətləndirilmir. Qardaş qonşu dövlət bizi yanacaq və maliyyə ilə təmin etdi ki, bu da ölkənin yaşaması üçün həlledici idi", - Saakaşvili yazıb. "Mən şəxsən İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür etmək istəyirəm", - eks-prezident bildirib.
Saakaşvilinin açıqlamasını "Sherg.az"a şərh edən siyasi şərhçi Turab Rzayev bildirib ki, bu, xüsusi sifarişlə verilən şərh deyil. Dəfələrlə Azərbaycanın Gürcüstana yardım etdiyini deyib:

“Rəsmi Moskva Azərbaycan-Gürcüstan strateji əməkdaşlıqdan, 2008-ci il yardımlarından xəbərdardır.
Bəlkə də, Saakaşvilinin Azərbaycandan dəstək gözləntisi var. Gürcüstan əhalisinin qeyri-rəsmi rəqəmlərə görə, 20 faizini Azərbaycan türkləri yaxud digər müsəlmanlar təşkil edir. Saakaşvilinin çıxışı qarşıdakı seçkilərdə, siyasi proseslərdə Gürcüstandakı etnik azərbaycanlıların, türk əsilli əhalinin səsinə hesablanmış ola bilər. Açıqlamasında ilk dəfə hərbi yardımlarla bağlı məsələyə toxunub, çox detal verməyib. “Lazım gəlsə, Azərbaycan açıqlayar” kimi şərh verib. Qərbə Azərbaycanın necə önəmli olduğunu, gərək duyulduğunda Gürcüstanın köməyinə çatdığı mesajını verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət