
Rusiya və Ukraynada hakimiyyət dəyişikliyi gözlənilir? - ŞƏRH
Yusif Nəzərli
13:05 11.08.2023
Siyasət
735
“Kiyev yalnız Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması halında Moskva ilə danışıqlara hazırdır, “lakin Putinlə yox”.
Bu sözləri Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
Kulebanın sözlərinə görə, məqsədə müharibə və diplomatiyanın kombinasiyası vasitəsilə çatmaq olar. O bildirib ki, ukraynalı generallar Rusiya qüvvələrini geri çəkilməyə sövq etməlidir, Xarici İşlər Nazirliyi isə bu zaman imkan olduqca dialoq yönündə addımlar atmalıdır.
Ukraynanın əks hücumu uğursuz olarsa, 2023-cü ilin sonuna qədər Rusiya ilə danışıqların baş tutub-tutmayacağı ilə bağlı suala cavabında Dmitri Kuleba qeyd edib ki, işlərin dolayı yolla aparılması üçün digər diplomatik üsullar da var.
“Ancaq biz dəqiq bilirik ki, heç vaxt Putin və Zelenskini eyni masa arxasında görməyəcəyik”, - deyə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.
Ukrayna XİN rəhbərinin fikirlərini "Sherg.az"a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, Kulebanın açıqlamaları Moskva ilə Kiyev arasında yaxın perspektivdə hansısa danışıqların aparılmasının qeyri-mümkün olduğunu göstərir:

"Eyni zamanda Ukrayna sülhlə bağlı məsələdə hər zaman sadiqliyini ifadə edib. Amma indiki şəraitdə Rusiya-Ukrayna danışıqlarının nəticələrinin necə olacağını proqnozlaşdırmaq olmaz. Həmçinin iki ölkədə də yaxın zamanda hakimiyyət dəyişikliyi mümkün deyil. Əgər gələcəkdə hakimiyyət dəyişikliyi baş versə belə, bunun sonradan Rusiya-Ukrayna müharibəsinin törətdiyi fəsadları necə aradan qaldıracağı ciddi skeptikalara səbəb olur. Ona görə də, indidən Moskva və Kiyev arasında hansısa razılaşmaların olub-olmayacağını və müharibənin sonrakı taleyini söyləmək çətindir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət