İran rejimi azğınlaşır - ŞƏRH
15:25 10.04.2024
Siyasət
561
Azərbaycan və Türkiyə bayraqlarını qaldıran iki güneyli soydaşımız həbs olunub
"Güney Azərbaycanın tarixi mərkəzi olan Təbriz şəhərinin "Səhənd" stadionunda təbrizlilərin sevimli futbol komandası "Traxtur" ilə İsfahanın "Sepahan" komandası arasında keçirilən görüşdə Azərbaycan və Türkiyə bayraqlarını qaldıran iki güneyli soydaşımızın İranın güc strukturları tərəfindən qondarma "pantürkist" damğasıyla həbs edilməsi tamamilə hüquqazidd davranışdır".
Bu barədə "Sherg.az"a açıqlamasında Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. Ekspert bildirib ki, eyni zamanda azərbaycanlı tərəfdarların "Traxtur" komandasını dayanmadan alqışlamalarına qəzəbli reaksiya verən farsdilli istifadəçilərin Təbrizin komandasına rəğbəti ifadə edən videonun silinməsi üçün şikayət kampaniyası başlatması da qeyri-adekvat və irqçi yanaşmadır:
"Fars-molla rejiminin yürütdüyü panfarsist, paniranist siyasət İranın farsdilli vətəndaşlarında qeyri-fars mənşəli xalqlara, o cümlədən Güney Azərbaycan türklərinə qarşı dözümsüz və aqressiv münasibətin formalaşmasına səbəb olub. Azərbaycanın İranla münasibətləri normallaşdırmağa çalışdığı bir vaxtda, futbol stadionunda Azərbaycan və Türkiyə bayraqlarının qaldırılmasına və Azərbaycan dilində şüarların səsləndirilməsinə İranın müvafiq rəsmi qurumlarının sərt reaksiya sərgiləməsi səmimi qonşuluq prinsiplərinə ziddir. İran hökuməti stadionda bayraq qaldıran sıravi gənclərə qarşı yox, İsrailin Azərbaycandakı səfirliyinin vurulmasına açıq çağırış edən Cəlal Rəşidi Koçi kimi avantürist deputatlara qarşı sərt tədbirlər görməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi