
Politoloq: "Hizbullah"la müharibə İsrail-Livan savaşı səviyyəsinə çıxmayacaq
11:45 01.10.2024
Dünya
480
İsrail ordusu Livanın cənubunda quru əməliyyatlarına başlayıb.
Hadisələrin miqyası böyüdüyü təqdirdə, bunun, İsrail və Livan arasında üçüncü böyük münaqişəyə gətirib çıxaracağı ilə bağlı fikirlər mövcuddur. Eyni zamanda İsrail ordusu Livanın cənubundakı bir neçə şəhər və kəndin sakinlərinə çağırış edib.
Bununla bağlı İsrail tərəfinin rəsmi bəyanatında bildirilir. Bəyanatda bir sıra kənd və şəhərlərin adı çəkilib, əhalisindən dərhal ərazini tərk etmələri istənilib.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, Hizbullah-İsrail müharibəsi 2023-cü il oktyabrın 8-dən başlayıb:

“Oktyabrın 7-də HƏMAS İsrailə qarşı əməliyyatlara başladı. Livan “Hizbullah”nın baş katibi Həsən Nəsrullah İsrailə müharibə elan etməsi iləysə İsrail-Hizbullan müharibəsi baş tutdu. İsrail höküməti HƏMAS-ı zəiflətdikdən sonra təhlükəsizliyinin təmin olunması istiqamətində mübarizənin növbəti mərhələsi kimi Livanda "Hizbullah"ın neytrallaşdırılmasına başladı. Həmçinin İsrail 2006-cı ildə "Hizbullah"la müharibədə buraxdığı səhvləri nəzərə alaraq "Hizbullah"ın hərbi obyektlərini sıradan çıxardı”.
Ekspert qeyd edib ki, bu müharibə İsrail-Livan savaşı səviyyəsinə çıxmayacaq:
“Çünki "Hizbullah: Livan dövlətinin təhlükəsizliyini daim təhdid edir. Onun mövcudluğu ölkənin bütövlüyü üçün problem yaradır. Yəni "Hizbullah"ın nəzarət etdiyi bir çox ərazi İranın de-fakto işğal etdiyi Livan torpaqlarıdır. Bu mənada "Hizbullah"ın tərk-silah edilməsi Livanın ərazi bütövlüyünün təmin olunması və İsraillə münasibətlərinin normallaşması istiqamətində fəaliyyət ola bilər. Digər tərəfdən İsrail ötən gün Hizbullahın mövqelərində təmizləmə işləri aparmaq üçün kiçik hərbi qüvvələr hesabına quru əməliyyatına başlayıb. Livan isə iki ölkə arasındakı sərhədyanı ərazidən öz qoşununu geri çəkib. Bu da Livanın dolayı yolla olsa da, İsrailin "Hizbullah"a hücumunu dəstəkləməsi deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual