
Millət vəkili doğru təklif verib
Yusif Nəzərli
06:21 23.10.2024
Gündəm
378
Şəhidlər haqqında məlumatlar vikipediya tələblərinə uyğun, beynəlxalq qaydalara riayət edilməklə hazırlanmalıdır
“Wikipedia”da Azərbaycan şəhidləri haqqında məqalələrin silinməsi məsələsi Milli Məclisdə gündəmə gətirilib. Millət vəkili Fazil Mustafa parlamentin plenar iclasında bu məsələyə toxunaraq bildirib ki, həmin məqalələr platformanın tələblərinə, qaydalarına uyğun şəkildə yenidən hazırlanmalıdır:
- Çünki “Wikipedia”nın əsas tələbi məqalələrin tərəfsiz, neytral fikirlərlə yayımlanmasıdır. Bu sahədə könüllülərin sayı artırılmalı, proqram təminatı yaxşılaşdırılmalı, biliklər dərinləşdirilməlidir. Bu təmin edilərsə, erməni “Wikipedia”çılara bu məsələdə də qalib gələ bilərik.
İnformasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasovun fikrincə, millət vəkilinin təklifi müsbətdir:

- Azərbaycan şəhidləri haqqında məlumatlar bir sıra rəqəmsal platformalarda, müxtəlif saytlarda yer almaqdadır. Vikipediyanın iş prinsipi fərqlidir. Bu, nəzarətolunan platforma deyil, beynəlxalq ensiklopediyadır. Vikipediyadan ensiklopedik olmayan şəxslər barədə məlumatlar silinir. İndiyədək Birinci Qarabağ müharibəsi, Tovuz döyüşləri, Aprel döyüşləri, daha sonra 44 günlük Vətən müharibəsinin şəhid və qaziləri haqqında bu istiqamətdə məqalələr yaradılmışdı. Bu təcrübə Azərbaycan vikipediyasında yaradıldı. Amma vikipediya adətən vikipediya qaydalarına uyğun şəxslərin məqalələri dərc olunur. Şəhidlər haqqında məlumatların vikipediyada yer almasına bir müddət ehtiyac vardı, vikipediyaçılar bu istiqamətdə səhifələr yaratdılar. O zaman buna ehtiyac vardı və bildirildi ki, bu, müvəqqətidir, şəhidlər barədə məqalələr toplanacaq, adları siyahılaşdırılacaq, məqalələr başqa platformalarda yerləşdiriləcək. Vikipediyada isə vikipediya qaydalarına uyğun şəxslərin məqaləsi qalacaq. Şəhidlər haqqında məlumatlarla bağlı da Vikipediya qaydalara əsasən iş aparıb. Vikipediya bir ensiklopediyadır, necə ki Azərbaycan Ensiklopediyasında bütün şəhidlərin məqaləsi olmadığı kimi, eləcə də Sovet Ensiklopediyasında Böyük Vətən müharibəsi döyüşçülərinin hamısı haqqında məlumat olmadığı kimi, ensiklopedik resurs olan vikipediyada hər bir şəhid haqqında məlumatın olması nəzərdə tutulmurdu. Amma siyahıların qalması nəzərdə tutulur və hazırda da var. Millət vəkili doğru olaraq təklif edib ki, şəhidlər haqqında məlumatlar vikipediya tələblərinə uyğun, beynəlxalq qaydalara riayət edilməklə hazırlanmalıdır, proqram təminatı yaxşılaşdırılmalıdır. Hesab edirəm ki, bu istiqamətdə işlər qaydaya uyğun aparılsa, biz müsbət irəliləyiş əldə edə bilərik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm