Kaladze: "Müxalifət çevriliş və inqilab təşkil etmək fikirinə düşsə..."

"Müxalifətin çevriliş və inqilab təşkil etmək imkanı yoxdur - bu radikal qrup məğlub olub və kimsə qanunsuz addımlar atmağa cəsarət etsə, sərt cavab veriləcək".

24News.ge xəbər verir ki, bu sözləri “Gürcü arzusu”nun baş katibi Kaxa Kaladze müxalifət tərəfindən gözlənilən çevrilişlə bağlı sualı cavablandırarkən deyib.

Kaladzenin sözlərinə görə, çevriliş təşkil etmək üçün müxalifət ictimaiyyətin dəstəyini almalıdır:

“Bunlar adi fərziyyələrdir, müxalifətin ölkədə çevriliş və inqilab təşkil etmək imkanı yoxdur. Çevriliş təşkil edəndə cəmiyyətin, xalqın dəstəyini almalısan. Bu gün müxalifət, bu radikal qrup məğlub olub. Əgər kimsə qanuna zidd addımlar atmağa cəsarət edərsə, bunun ardınca dövlət tərəfindən çox sərt cavab veriləcək, təbii ki, qanun çərçivəsində”, - deyə Kaladze bildirib.