
Çingiz Qənizadə: Hərbi cinayətkarlara qarşı ittihamlar əsaslı baza yaradılaraq irəli sürülüb
13:53 17.12.2024
Aktual
808
Azərbaycan Respublikasının Baş Prokurorluğu Bakıda həbsdə olan hərbi cinayətkarların cinayət işi ilə bağlı Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edib.
Bu barədə Baş Prokurorluğun Bakıda həbsdə olan Qarabağ separatçılarının cinayət işinin məhkəməyə göndərilməsi ilə bağlı yaydığı məlumatda qeyd olunub.
"Azərbaycan Respublikasının Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan Respublikasının ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistan Respublikasının aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir", - məlumatda deyilir.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Sherg.az"a bildirib ki, dekabrın 16-da Azərbaycan Respublikasının Baş Prokurorluğu qeyd olunan hərbi cinayətkarlarla bağlı ittiham aktı tərtib edərək iş məhkəməyə göndərilib:

"İşin məhkəmə baxışı zamanı onlar vəkillə təmin olunacaqlar. Digər tərəfdən Azərbaycan Respublikasının Baş Prokurorluğu təqsirkar şəxslərlə bağlı ittiham verilmiş epizodlar üzrə həm şübhəli, həm də şahid qismində olan şəxslərin Ermənistan ərazisində olmalarını rəhbər tutaraq bu dövlətin aidiyyəti orqanlarına əməkdaşlıq təklif edib. Yəni orada şübhəli şəxslər ola bilər ki, bu istintaqa cəlb edilsələr, hazırda hərbi cinayətkarlarla bağlı şahidlərin ifadələri məhkəmədə təqdim edilsə, bəzi qaranlıq məqamlara daha da aydınlıq gətirilə bilər. Digər tərəfdən məhkəmə istintaqının da obyektiv olması üçün şahid və şübhəli şəxslərin məhkəmədə ifadə vermələri ilə bağlı Ermənistan Respublikasına da bir mesaj göndərmişik ki, əməkdaşlıq etsinlər. İndi növbə sizindir. Əgər bu məsələdə əməkdaşlıq etmək istəsəniz Azərbaycan tərəfi buna hazırdır. Amma aparılan istintaq müddətində onlara irəli sürülmüş ittihamlar olduqca obyektiv və ədalətlidir. Eyni zamanda hər bir incəliyinə qədər proseslər araşdırılıb və ittihamlar əsaslı baza yaradılaraq irəli sürülüb. Çünki bu proses istintaq dövründə olduğu kimi məhkəmə dövründə də daima nəzarətdə olacaq. Ona görə ki Azərbaycanı sevməyən və bu cinayətkarları dəstəkləyən qüvvələr prosesdən hər hansı problem taparaq onu şişirtməyə çalışacaqlar. Azərbaycan tərəfi bütün vasitələrdən istifadə etməklə həm onların sözünü kəsmək, həm də ədalətli məhkəmə prosesini keçirib sözügedən cinayətlərə uyğun ədalətli cəza almalarını etmək məqsədilə bu cür addımlar atır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm