"Turan Tovuz"un adı dəyişir - Rəsmi
Yusif Nəzərli
17:32 19.12.2024
İdman
428
"Turan Tovuz" klubu adının dəyişdirilməsi üçün AFFA-ya müraciət edib. Müraciətə qurumun İcraiyyə Komitəsinin dekabrın 17-də keçirilən iclasında baxılıb.
Bu haqda QOL.az saytının sorğusuna cavab olaraq qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli bildirib.
Klub əvvəlki adının - "Turan"ın bərpası xahişi ilə quruma müraciət edib.
E.Məmmədlinin sözlərinə görə, İK-nin iclasında bu müraciətə baxılıb və məsələyə müsbət yanaşılıb.
"Bununla bağlı hüquqi prosedurlar araşdırıldıqdan sonra kluba AFFA tərəfdən rəsmi cavab veriləcək" - deyə E.Məmmədli bildirib.
Qeyd edək ki, belə bir müraciətin AFFA-ya ünvanlanması barədə ilk xəbəri futbolinfo.az saytı yayıb.
Qeyd edilib ki, vaxtilə borc məsələlərinə görə klub müxtəlif vaxtlarda bir necə oxşar adı sınayıb. Lakin Azərbaycanı avrokuboklarda təmsil edən ilk klub kimi “Turan” adı hamıya doğmadır. Bu səbəbdən rəhbərlik yenidən tarixi adı bərpa etmək üçün çalışır. İcraiyyə Komitəsinə də bununla bağlı lazımi sənədlər təqdim olunub.
Qeyd edək ki, ad dəyişikliyi həm də "Turan" adı altında faəliyyət göstərmiş klubun borclarını ödəməsindən sonra baş verə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm