
Getdikcə Rusiya iqtisadiyyatı idarəolunmaz hala gələcək - ŞƏRH
Yusif Nəzərli
01:25 14.01.2025
İqtisadiyyat
799
Kreml müharibəyə və hərbi-sənaye kompleksinə milyardlar xərcləyir və bunlar geri qayıtmayacaq pullardır
Rusiya Ukraynaya qarşı müharibəni maliyyələşdirmək üçün federal büdcədə nəzərdə tutulan müdafiə xərclərindən iki dəfə çox xərcləyir. Müharibə daha da uzanarsa, bu sxem çökəcək və Kreml ordunun ehtiyaclarını ödəyə bilməyəcək.
Bu barədə "Morgan Stanley" və "Bank of America"nın keçmiş maliyyəçisi Kreyq Kennedi danışıb.
Onun sözlərinə görə, Kreml müdafiə müəssisələrinə güzəştli kreditlər verməklə müharibəni maliyyələşdirmək üçün əlavə kölgə sxemindən istifadə edir: "2022-ci ilin ortalarından etibarən Rusiyada korporativ borclanmada kəskin artım başladı - 71 faiz. Ötən ilin payızına qədər onlar 415 milyard dollar artıb ki, bu da Rusiyanın ÜDM-nin 19,4 faizinə bərabərdir".
Kennedinin hesablamalarına görə, bu, Rusiyanın ümumi neft və qaz gəlirlərindən və 2022-ci ilin payızından 2024-cü ilin payızına qədər olan bütün dövr üçün müdafiə büdcəsi xərclərindən çoxdur: "Bu vəsaitlərin yarıdan çoxu (250 milyard dollara qədər) müharibə ilə əlaqəli və çox vaxt krediti olmayan bizneslər tərəfindən alınan kreditlərdir".

ReAl partiyasının sədri, iqtisadçı Natiq Cəfərli də “Şərq”ə açıqlamasında deyib ki, müharibənin Rusiya iqtisadyyatında yaratdığı çatışmazlıqları indidən görmək mümkündür:
“Qərbin sanksiyaları Rusiyanın idxal-ixrac əməliyyatlarına mənfi təsir edib. Rusiya müharibəyə və hərbi-sənaye kompleksinə milyardlar xərcləyir və bunlar geri qayıtmayacaq pullardır. Rublun dəyərdən düşməsi, idxalın artıb, ixracın azalması kimi faktorlar Rusiya iqtisadiyyatında ciddi problemlərin olduğunu göstərir. Uçot dərəcəsi 20 faizdən yüksək, kredit dərəcələri isə 30 faizə yaxınlaşıb.
Lakin Rusiya iqtisadiyyatının xüsusi bir özəlliyi var, obrazlı desək, Mendeleyev cədvəlində nə qədər təbii sərvət, faydalı qazıntılar varsa, hamısı Rusiya ərazisində mövcuddur. Həmin faydalı qazıntılar, təbii resurslar hesabına Rusiya iqtisadiyyatı bir müddət də ayaqda qala biləcək. Lakin getdikcə Rusiya iqtisadiyyatında struktur və sistemli problem artacaq və bir müddət sonra bu problemlər idarəedilməz hal alacaq. Sözsüz ki, bütün bunlar Rusiya iqtisadiyyatı 1-2 ilə tamamilə çökəcək anlamına gəlməməlidir. Müharibə uzun illər davam etsə, o zaman real təhlükələr qaçılmaz olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya