
Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi... -RƏY
Yusif Nəzərli
06:28 15.01.2025
Region
671
Bundan sonra da İrandan və Rusiyadan açıq təhdid və təxribatların baş verməsi mümkün görünür
"Rusiya və İran Azərbaycana qarşı qonşuluq prinsiplərinə zidd siyasət həyata keçirir".
Bu barədə “Sherg.az"a açıqlamasında Milli Cəbhə Partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.
Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra, "Altılıq platforması" irəli sürərək region ölkələri ilə siyasi-iqtisadi əməkdaşlıqda maraqlı olduğunu ortaya qoyduğunu xatırladan siyasi ekspert deyib ki, rəsmi Bakı həm Moskva, həm də Tehranla çalışdı ki, problem olmasın:

“Hər iki qonşu ölkə isə Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi apardı. İranda Azərbaycan səfirliyinə qarşı terror aktı və AZAL təyyarəsinin Rusiyada vurulmasında hər iki ölkənin rəsmi nümayəndələri məsuliyyət daşıyır. 30 il ərzində formalaşmış balans siyasətinin yeni siyasi nizam fonunda müsbət nəticə verməsi çətin olacaq. Bundan sonra da İrandan və Rusiyadan açıq təhdid və təxribatların baş verməsi mümkün görünür. Ona görə də Azərbaycan Qərblə münasibətləri normallaşdırmalı və D.Tramp administrasiyası ilə əməkdaşlığın inkişaf etdirilməsinə getməlidir. Həmçinin Avropa İttifaqı ilə problemlərin aradan qaldırılması üçün müvafiq işlərin görülməsinə ehtiyac var”.
M.Əsədullazadənin sözlərinə görə, rəsmi Bakı ABŞ və Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirərsə, Moskva Tehranın təzyiqlərini neytrallaşdıra biləcək:
“Regional şərtlər sürətlə dəyişir və Azərbaycan strateji müttəfiqlərinin sayını artırmalıdır. Düzdür, Rusiya ilə müttəfiq üzrə Moskva" Bəyannaməsi var. Amma Rusiya özü bu Bəyannaməyə zidd siyasət aparır. Azərbaycanda Böyük Britaniya ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamalıdır. Növbəti mərhələdə bunu Vaşinqtonla da imzalaya bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm