
Azərbaycan maneəsiz hərəkət prinsipinin gerçəkləşməsini istəyir -Analitik
12:49 11.02.2025
Aktual
557
Ermənistan parlamentinin sədri Alen Simonyan, Azərbaycan üçün eksterritorial dəhliz vermək fikrindən imtina etdiyini bəyan edib. O, əlavə edib ki, Ermənistan, Zəngəzur dəhlizi vasitəsilə möhürlənmiş yüklərin maneəsiz və fasiləsiz keçməsini təmin etməyə hazırdır.
Bu bəyanat, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı tələblərinə qarşı Ermənistanın sərt mövqeyini göstərir. Bu məsələnin tərəflər arasında gərginliyi artırdığı düşünülür.
Politoloq Turan Rzayev “Sherg.az”a söyləyib ki, eksterritorial dəhliz məsələsi yeni bir şey deyil və Azərbaycan-Ermənistan arasında Zəngəzur dəhlizi mübahisəli məsələdir:

“Hətta böyük ehtimalla daha dəqqi desək, Nikol Paşinyanın tez-tez dilə gətirdiyi 17 bəndlik sazişin razılaşdırılmayan 2 bəndindən biri Zəngəzurla bağlıdır. Azərbaycan 10 noyabr bəyanatının icra edilməyən tək bəndi olan maneəsiz hərəkət prinsipinin gerçəkləşməsini istəyir. Ermənistan tərəfi isə dəhlizin əvəzinə yol verməyi təklif edir və həmin yolun nəzarətinin ermənilərə məxsus olacağını vurğulayır. Əslində hər iki tərəfin müəyyən tələbləri mövcuddur və özlərinə görə haqlı səbəb də görürlər. Azərbaycanın tələbi ona görə dəhliz üzərindədir ki, iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb. Amma sülh sazişi imzalansa belə, tam şəkildə barış olmayacaq. Tamamilə rəsmi sülh imzalandıqdan sonra müharibə bitsə də, xalqların psixologiyasında otuz illik ədavət mövcuddur. Həmin ədavəti isə 5-6 ilə bitirmək mümkün deyil. Əgər Ermənistanın dedikləri olsa, onlar tərəfindən həmin yoldan keçən maşınlara və sakinlərə qarşı hücum edilmə ehtimalları var. Ancaq dəhliz məsələsi formalaşsa, həmin yerə Ermənistan nəzarət etməyəcək və azərbaycanlılar rahat şəkildə hərəkət edəcəklər. Azərbaycan sözügedən risqlərin qarşısını almaq üçün gələcəyə fokuslanan təklif irəli sürür. Ermənistan isə Qərbin təhrikiylə bunu beynəlxalq hüquqla tanınan ərazilərinə müdaxilə və regionun siyasi xəritəsinin dəyişməsi kimi başa düşür. Azərbaycanın niyyəti isə Ermənistan ərazilərini işğal etmək deyil, sadəcə olaraq sülhə maneə olan məsələlərin həllidir”.
Ekspert qeyd edib ki, Ermənistanın etimad mühitinin yaxşılaşdırılması üçün atacağı müsbət addımlar fonunda Azərbaycan məsələyə başqa ankspektlərdən də baxa bilər:
“Söhbət Ermənistanın təklifini qəbul etmək və Zəngəzur dəhlizindən imtina etməkdən getmir. Sadəcə hər iki tərəf fərqli təklif irəli sürərək ortaq nəticəyə gələ bilərlər. İndiki vəziyyətdə isə tərəflər hələki ortaq məxrəcə gəlməyiblər. Ümid edirik ki, sonuncu delimitasiya və demarkasiya razılaşmasından sonra sözügedən məsələ üçün də yenilik yaranar. Çünki sonuncu razılaşmaya görə delimitasiya Şimaldan Cənuba keçib. Yəni İran, Ermənistan və Azərbaycan sərhəddi boyunca proses baş tutur. Azərbaycan hələki 10 noyabr bəyanatına sadiqdir və icra edilməyən bəndin Ermənistan tərəfindən həyata keçirilməsini gözləyir. Azərbaycan Ermənistanla fərqli təkliflərə açıq ola bilərdi. Lakin Ermənistanın silahlanması, şərti dövlət sərhədində təxribatlar törətməsi və Amerikayla imzalandığı strateji tərəfdaşlıq xartiyası iki ölkə münasibətlərinə mənfi təsir göstərir. Belə hadisələr fonunda rəsmi Bakıdan müəyyən güzəştlər gözləmək absurddur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə
Boşanma qaydaları dəyişir: 3 mühüm yenilik hazırlanır
10:40 02.09.2026
Cəmiyyət
SON DƏQİQƏ: İran ABŞ-nin hərbi bazalarını vurdu - 4 ölkə hədəfdə
10:01 02.09.2026
Gündəm
SEPAH ABŞ-nin dörd ölkədəki hərbi bazalarına zərbə endirdi
09:55 02.09.2026
Dünya