Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar
16:08 12.02.2025
Gündəm
775
Onların bu sükutu qorxaqlıq deyil, həm də yaxın gələcəkdə daha da kəskinləşəcək suallardan qaçmağa bir cəhddir
Əsl həqiqət isə belədir, regionda Rusiya diktaturasının dövrü birdəfəlik başa çatıb
Rusiya təbliğatı Azərbaycan əleyhinə hücumlarının iflasa uğramasından sonra öz zəhərini bu dəfə Qazaxıstana yönəldib. Dişlərini qıcayaraq Qazaxıstanda "postsovet məkanında ən böyük ABŞ konsulluğunun" tikiləcəyi xəbərindən qəzəblə danışmağa başlayıblar. "Tsarqrad" kanalı Tokayev hökumətini "rejim" adlandıraraq, 2022-ci ilin yanvar hadisələrini təhrif edərək yenidən gündəmə gətiriblər.
Qeyd edilib ki, KTMT qoşunlarının köməyi ilə yatırılan 2022-ci il Qazaxıstan Maydanının təşkilatçılarına qarşı məhkəmə prosesi amerikalıların fəal iştirakını ortaya qoyub: "Tokayev rejimi israrla eyni səhvləri təkrar edir, elə bil ki, bu səhvlərin nəticəsi ruslara deyil, qazaxlara dəyəcək".
Siyasi şərhçi Elçin Alıoğlu deyib ki, bu yüksək təkəbbürlə dolu açıqlamalar bir şeyi açıq şəkildə göstərir. Kremlin gözündə qonşu ölkələrin müstəqilliyi heç bir məna daşımır və Moskvanın icazəsi olmadan atılan hər addım dərhal "Qərbin sui-qəsdi" kimi dəyərləndirilir. Ekspertin sözlərinə görə, təbliğatçılar daha da irəli gedərək, Qazaxıstana "düzgün müdaxilə etməklə" bağlı xəyal qurmağa başlayıblar:
"Hətta 2022-ci il hadisələrinin nəticələrini yenidən nəzərdən keçirməyi təklif ediblər. Bildiriblər ki, "Tokayevi hakimiyyətdə saxlamaq əvəzinə, elə hərəkət etməli idik ki, nə türklər, nə də amerikalılar oraya daxil ola bilməsin". Bu sözlər təkcə təhlükə deyil, həm də acı bir həqiqətdir. Rusiya artıq qonşularını özünə tabe etdirə bilmir. Amma bu reallığın Kremlin qavrayışına daxil olması o qədər ağrılıdır ki, o, öz acizliyinin fonunda təhdidlər səsləndirməkdən əl çəkmir. Rusiyanın "düzgün şəkildə qonşu ölkələrə daxil olduğu" dövrlər artıq keçmişdə qalıb. Qazaxıstan, Azərbaycan və digər region ölkələri artıq öz müstəqilliklərini qorumaq üçün kifayət qədər gücə malikdirlər. Amma bu, hələ də Moskvanı isterikaya salır.
Azərbaycana qarşı eyni davranışları müşahidə edirik. Son günlərdə Bakıya qarşı təhdidlər və təhqirlər dalğası zirvəyə çatıb. Amma bu addımlar o qədər ağılsızdır ki, öz qısa müddətli düşüncəsizliyini açıq şəkildə nümayiş etdirir. Rusiya qalan etimadı da məhv edərək, özünə qarşı əvvəllər neytral olan münasibəti açıq antipatiyaya çevirir".
E.Alıoğlunun sözlərinə görə, bununla belə, "Kremlin beşinci kolonu" hələ də fəaliyyətini davam etdirir:
"Son günlərdə bir neçə deputat Moskvayla münasibətlərdə yaranan gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınır. Onların bu sükutu sadəcə qorxaqlıq deyil, həm də yaxın gələcəkdə daha da kəskinləşəcək suallardan qaçmağa bir cəhddir. Rusiya öz imperiya xülyalarına qapılaraq, özünü daha da dərin bir çuxura salır. Onun təcavüzkar davranışları və təhdidləri yalnız təcrid prosesini sürətləndirir, ambisiyaları isə daha da gülünc və aciz görünür. Əgər Moskva bu özünü məhv edən xətti davam etdirərsə, yaxın gələcəkdə onun təbliğatçıları "qızıl dövrləri" yalnız acı nostalji ilə xatırlayacaq. O dövrlər ki, onların "rus dünyası" hələ "rus hərbi gəmisinin" arxasınca göndərilmirdi. Əsl həqiqət isə belədir, regionda Rusiya diktaturasının dövrü birdəfəlik başa çatıb. Geri dönüşü yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
19:54 12.11.2026
Siyasət
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə