Əlcəzair Fransanı "nüvə cinayətləri"ni etiraf etməyə çağırdı
Yusif Nəzərli
17:02 13.02.2025
Dünya
530
Əlcəzair Fransanı 1960-1966-cı illərdə ölkədə törədilən "nüvə cinayətləri"nə görə məsuliyyəti tam üzərinə götürməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Buqali Fransanın Əlcəzairdə ilk nüvə sınağını keçirməsinin (13 fevral 1960-cı il) ildönümü münasibətilə reallaşan anım toplantısında bildirib.
Buqali deyib: “Biz yekdilliklə Fransadan "nüvə cinayətləri"nə görə məsuliyyəti rəsmi şəkildə tam üzərinə götürməyi tələb edirik. Bu etiraf sadəcə, qeyri-müəyyən siyasi etiraflardan ibarət olmamalıdır, onun ardınca açıq-aşkar mənəvi öhdəlik olmalıdır. Fransa bölgədə 17 nüvə partlayışı həyata keçirdi. Onların dağıdıcı təsirlərinin bu gün də hiss olunur. Bu, mənfur müstəmləkəçilik tarixinin qaranlıq səhifələridir".
Fransanın qurbanlara təzminat ödəməsi və nüvə tullantılarının təmizlənməsi çağırışını təkrarlayan Buqali, ölkəsinin müstəqillik əldə etmək, azadlığını və suverenliyini qurmaq üçün ağır bədəl ödədiyini, heç kəsi məsuliyyətə cəlb etmədən, bu cinayəti etiraf etmədən bu səhifənin bağlanmasının heç vaxt qəbul olunmayacağını vurğulayıb.
Buqali deyib ki, Fransa nüvə bombası qurbanları və onların ailələri ilə ədalətli davranmalı, onların yaşadıqları faciə ilə mütənasib olmalı və Əlcəzair xalqının qanuni ədalət haqqını təmin etməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə