Vətən qəlbdən başlayır, səngərdə bitir!
Yusif Nəzərli
22:06 20.06.2025
Gündəm
571
Dünyada dərk etdiyimiz və ya etmədiyimiz, gözlə gördüyümüz və ya görmədiyimiz hər şeyin başlanğıcı və sonu vardır. Təkcə uca yaradanın nə əvvəli, nə də axırı yoxdur. Bəs vətənin əvvəli-axırı varmı? Vətən haradan başlayıb, harada bitir? Bu suallara cavab tapmaq üçün “vətən nədir ?” sualına cavab axtarmaq lazımdır. Vətən hər bir insanın doğulduğu, böyüdüyü, yaşadığı və dünyasını dəyişəndə də dəfn olunmağı istədiyi yerdir. Vətən təkcə müəyyən hüdudları olan ərazi deyil. O bizim kimliyimizdir. Əcdadlarımızın uyuduğu, qoynunda gəzdiyimiz, dil açıb danışdığımız, suyunu içib, çörəyini yediyimiz, havasını udduğumuz torpaqdır. “Vətən” anlayışı həm də bir millətin dilini, tarixini, mədəniyyətini, mənəvi dəyərlərini özündə birləşdirir. “Vətən” sözünün mənası “yerləşmək, yurd etmək” deməkdir. Ən qədim zamanlardan ata-babalarımız bu torpaqda yaşayıb, onu qoruyub, lazım gəldikdə onun üçün qan töküb, can veriblər. Azərbaycan bizim ana yurdumuzdur. Tarix boyu ana yurdumuzun başı çox bəlalar çəkib. Azərbaycan xalqının tarixi azadlıq uğrunda mübarizədən yoğrulub. Mərd vətən övladları torpağımızın keşiyində dayanıb, onun hər qarışını canlarından əziz sayıblar. Onların qəhrəmanlığı dastanlarda, mahnılarda, nəğmələrdə vəsf edilib. Türk xalqlarının qiymətli söz abidəsi “Kitabi-Dədə Qorqud” dastanında da oğuz türklərinin rəşadəti tərənnüm olunub, “vətən” məfhumunun önəmi vurğulanıb. Xalqımızın Babək, Cavanşir, Şah İsmayıl Xətai, Cavad xan, Əlif Hacıyev, Mübariz İbrahimov, Polad Həşimov kimi qeyrətli oğulları olub. Bəs vətən haradan başlayır? Vətən insanın qəlbindən, ruhundan başlayır. İnsan dünyaya göz açandan, özünü tanıyandan sonra, özünü sevməyə başlayır. Bu zaman o, özü ilə birgə vətənini də tanıyır və sevir, qəlbində vətən eşqi vüsət alır. Buna görə də vətən həm də bizim mənliyimizdir. Vətənini sevməyən insan isə öz mənliyini itirmiş insandır. Vətəni sevmək böyük insanların xüsusiyyətidir. Kiçik insanlar üçün vətən anlayışı olmur. İnsan vətəndaşı olduğu ölkənin bir parçası, “vətən” adlı müqəddəs abidənin bir “daş”ıdır. Bu haqda islam peyğəmbəri Həzrəti Məhəmməd buyurub: “Vətəni sevmək imandadır!”
Xalq şairi Xəlil Rza Ulutürkün də, dediyi kimi:
“Torpaqdan başlanmır, yox,
Kişi qanındakı qeyrət selindən,
Səndən başlanır vətən.
Məndən başlanır vətən!”
Bəs vətən harada qurtarır? Deyirlər ki, vətən sərhəddən başlayır. Ancaq məncə, vətən insanın qəlbindən başlayıb, sərhəddə də qurtarır. Hər bir ölkənin sərhədlərini onun ordusu qoruyur və təhlükəsizliyini təmin edir. Bu çox şərəfli və məsuliyyətli vəzifədir. Bir dövlətin gücü, müstəqilliyi, suverenliyi onun ordu quruculuğundan asılıdır. O ordu ki, yayın istisində, qışın soyuğunda səngərdə
dayanır. Müdriklərin gözəl bir sözü var: “Ordun varsa, yurdun var.” Azərbaycan xalqı bütün türk xalqları kimi mərd, döyüşkən xalqdır. Bu xalqın övladları 44 günlük Vətən Müharibəsi və antiterror əməliyyatları zamanı torpaqlarımızı yadellilərdən təmizlədilər. İndi biz son 200 ilin ən şərəfli tarixini yaşayırıq. Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Biz artıq 26 iyun- Silahlı Qüvvələr Gününü fərqli bir qürurla və qalib xalq olaraq qeyd edirik. Vətən haradan başlayıb, harada qurtarırsa qurtarsın, vətənə olan sevgi
sonsuzdur.
Hər kəs vətən sevgisindən, vətənpərvərlikdən danışa bilər. Lakin bu sevgi vətənin dar günündə aşkar olur. Bizim şəhidlərimiz “vətən imtahanı”ndan üzü ağ çıxan insanlar idilər. Bu vətən uğrunda qəhrəmancasına vuruşan, canından keçən şəhidlərimiz ən uca zirvəyə- şəhadət zirvəsinə yüksəliblər. Vətən haqqında çox sözlər deyilib. Belə bir söz var: “Torpaq- əgər, uğrunda ölən varsa Vətəndir!” Çünki, torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda isə vətən olur. Necə deyərlər, “Şəhid qanı axmayan torpaqdan Vətən olmaz!” Bu gün üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarda qürurla dalğalanır. Azərbaycan
xalqı bu zəfəri bizə yaşadan şəhidlərin xatirəsini hər zaman əziz tutmağa borcludur. Onların bizə əmanət edib getdiyi bu vətəni qorumalı və bu qəhrəman millətin övladı olduğumuz üçün fəxr etməliyik.
Röyalə Sovzalıyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya