ABŞ bilməlidir! “Bölgəyə barıt atmaq planı baş tutmayacaq”
Fidan Həmişəyeva
10:44 27.04.2021
Siyasət
625
ABŞ prezidenti Co Baydenin ədalətsiz, heç bir tarixi fakta söykənməyən, uydurma və xülya üzərində köklənən yanaşması Türkiyə və ABŞ münasibətlərinə ciddi zərbə vurdu. Bunun Azərbaycan üçün də ziyanları da az deyil. Baydenin hadisələri “soyqırımı” kimi tanıması ABŞ tarixində böyük siyasi səhvdir və tarixin saxtalaşdırılmasına verilən bir dəstəkdir.
Bu gün Türkiyə regionda ABŞ-ın etibarlı tərəfdaşıdır. Bayden bu münasibətləri gücləndirmək əvəzinə, hansısa uydurma hadisələri “soyqırımı” adlandıraraq Türkiyə kimi tərəfdaşı ilə münasibətləri korlamış oldu.
Millət vəkili Müşfiq Məmmədlinin “Sherg.az”a açıqlamaslna görə, Baydenin 1915-ci ildə baş vermiş hadisələri “erməni soyqırımı” kimi qiymətləndirməsi heç də ürəkaçan olmayan Türkiyə-ABŞ münasibətlərinə ciddi zərbə vurmuş oldu.
Parlament üzvü qeyd edib ki, beynəlxalq münasibətlər sistemində ikili standartlar siyasətini yürüdən ABŞ tarixçilərin üzərinə düşən məsələni prezident səviyyəsində bəyanat verməklə qərəzli mövqeyini açıq şəkildə ortaya qoydu:
“Əlbəttə, bir prezidentin sözü ilə hansısa millət soyqırımçı ola bilməz. Bu açıqlamanın nə tarixi baxımdan, nə də siyasi baxımdan hansısa dəyəri və sübutu var. Dəfələrlə Türkiyə dövlətinin müraciətlərinə baxmayaraq, arxivlərin açılması, tarixi həqiqətlərin üzə çıxması prosesi məhz erməni havadarları olan dövlətlər tərəfindən cavabsız qalıb.
Tarixi təhrif edərək təbliğat maşını yalan istehsal edən erməni diasporunu razı salmaq, ona sırınmaq istəyən Bayden, heç də uzaq keçmişi olmayan Xocalı soyqırımına biganə qalması, göz yumması ədalət prinsiplərini ayaqlamaq deməkdir.
30 il müddətində ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan-Azərbaycan arasında olan münaqişənin həlli yolunda bir addım atmayan, əksinə ermənipərəst mövqe ortaya qoyan ABŞ hansı haqq-ədalətdən danışa bilər?”.
M.Məmmədli vurğulayıb ki, uzun müddət işğal altında qalmış torpaqlarımızın ermənilər tərəfindən vandalizmə məruz qalması, şəhərlərin viran qoyulması nədənsə, Baydenin diqqətini cəlb etməyib:
“Özünü demokratiyanın beşiyi adlandıran ABŞ bilməlidir ki, “Bir millət, iki dövlət” şüarını özünə əsas seçən Türkiyə və Azərbaycana yönəlmiş saxta siyasətin sonu iflasa məhkumdur. Cənab Prezident İlham Əliyev və qardaş Türkiyə dövlətinin prezidenti Rəcəb Tayyib Ərdoğan regionda sülhün təminatçısıdır. ABŞ-ın görülən işlərə kölgə salmaq, yenidən bölgəyə barıt atmaq planı baş tutmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm