Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun ABŞ Konqresinin arxivlərində apardığı araşdırma nəticəsində erməni daşnaklarının Hitlerə və Holokosta rəğbət bəslədiklərini ifşa edən yeni tarixi sənəd aşkar edilib.
ABŞ-da erməniləri ifşa edən yeni sənəd aşkarlandı
06:58 14.05.2020
Siyasət
592
Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğundan Oxu.Az-a daxil olan məlumatda bildirilib.
Qeyd edilir ki, 1945-ci ilin mayın 4-də ABŞ Nümayəndələr Palatasının Miçiqan ştatından olan üzvü, konqresmen Frank Hook erməni daşnaklarının Hitlerə və Holokosta rəğbət bəsləmələri, irqçi meyilləri, habelə onların ABŞ ərazisində törətdikləri terror aktları barədə məqaləni Konqresin plenar iclasina təqdim edib.
Sözügedən məqalə ABŞ Konqresinin qeydiyyat kitabçasına daxil edilərək, ABŞ hökuməti tərəfindən dərc olunub.
Məqalədə daşnaklar uzun müddət terrorçu-faşist aktları həyata keçirən və yaxşı təşkilatlanmış “quldur dəstəsi” adlandırılır.
Daşnak hərəkatının yaranma tarixindən bəhs edən məqalə onların terrorizmi əsas siyasi alət kimi mənimsədiklərini bildirir.
Məqalə erməni daşnaklarının ABŞ-da “Daşnaksütyun” partiyasına ianə köçürməkdən imtina edən və ya onların radikal ideologiyasını paylaşmayan ermənilərə qarşı terror aktları törətdiklərini qeyd edir. Bu baxımdan, ABŞ-dakı Erməni Kilsəsinin rəhbəri arxiyepiskop Leon Tourianın 1933-cü ildə Nyu-Yorkdakı kilsədə Milad bayramı ibadəti zamanı daşnak terrorçular tərəfindən qətlə yetirildiyi diqqətə çatdırılır.
Daşnakların nasizmə rəğbət bəslədiklərini vurğulayan məqalədə onların ABŞ-ın Boston şəhərində nəşr edilən “Hayrenik” qəzetinin 17 sentyabr 1936-cı il tarixli sayına istinad edilərək, daşnakların hitlerizmi və faşizmi “bəşəriyyətə hədiyyə” və “Almaniya və İtaliyayaya yeni həyat verən uğurlu sistemlər” hesab etdikləri qeyd olunur.
Məqalədə daha sonra daşnakların kəskin antisemit olduqları vurğulanır. Onların bu mövzuda çoxlu məqalələr dərc etdirdikləri bildirilir və “Hayrenik” qəzetinin sözügedən buraxılışından daşnakların Holokostu dəstəklədiyini göstərən aşağıdakı sitat təqdim olunur:
“Bu zəhərli elementlər xroniki xəstəlik kimi dərin kök saldıqları üçün bəzən onların kökünü kəsmək çətindir. İnsanlar üçün qeyri-adi üsulla onların kökünü kəsmək zəruri olduqda, bu cəhd və üsullar inqilabi hesab edilir.
Cərrahiyyə əməliyyatı zamanı isə qanın axması normaldır… Bu cür şəraitlərdə diktatorluq xilaskar rolunu oynayır”. Göründüyü kimi, erməni daşnakları altı milyon yəhudinin nasistlər tərəfindən öldürülməsini “zəhərli elemetlərin kökünü kəsmək üçün cərrahiyyə əməliyyatı” adlandırır.
Sözügedən sənəddə, həmçinin, nasistlərə xidmət etmiş erməni Qaregin Njde haqda məlumat verilərək, onun erməni irqçiliyini təbliğ edən Tseqakronizm nəzəriyyəsinin əsasını qoyduğu və əsasən, erməni gənclər arasında bu düşüncəni yaydığı, habelə onun Hitlerin irqçi ideyalarını tərənnüm etdiyi və həmin ideyaları özü üçün əsas götürdüyü vurğulanır.
Məqalədə, həmçinin, Njde və onun erməni daşnak tərəfdaşlarının erməni gənclərinə bu irqçi ideyaları mənimsəmələri və bu ideyalara sadiq qalmaları ilə bağlı çağırışı özündə ehtiva edən və “Hairenik Weekly” qəzetinin 11 yanvar 1935-ci il sayında dərc edilmiş müraciət təqdim edilir.
Qeyd etmək lazımdır ki, ABŞ-da Azərbaycana qarşı məkrli fəaliyyət göstərən əsas erməni lobbi təşkilatı - Amerika Erməniləri Milli Komitəsi daşnak təşkilatıdır.
Sənədi burdan oxumaq və yükləmək mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
18:13 01.08.2026
Dünya